Beynəlxalq təcrübədə texnoparkların yaranması və inkişafını şərtləndirən amillər

Tədqiqatın məqsədi - texnoparkın dünya təcrübəsinə əsaslanaraq elm və texnologiyanın nailiyyətlərinin istehsalını və ticarət inkişafını universitet, sənaye, araşdırma mərkəzləri, sahibkarlar və bazarlar arasındakı əməkdaşlığı artırmaq, bilik və texnologiya transferini asanlaşdırmaq məqsədilə yüksək əlavə dəyərli tədqiqat və inkişafa söykənən qabaqcıl texnologiyalı məhsul və xidmətlərin istehsalına uyğun infrastruktur və xidmətlərin elmi-istehsal kompleksinin əlaqələndirilməsidir. Mövcud olanlardan fərqli olaraq, texnoparkın fərqli cəhətləri - innovasiya, ərazi inteqrasiyası və təşkilati qarşılıqlı təsir və marketinq aspekti araşdırılır. Sənaye texnoparkının sənayesi inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında daha geniş istifadə edildiyini qeyd edilir. Bu texnoparkın müəyyən edici xüsusiyyətləri texno-parkların, klasterlərin və texnoloji sahələrin, texnopolislərin əsas xüsusiyyətləri müqayisə olunaraq vurğulanır. Dünya təcrübəsində sənayedə texnoloji parkların formalaşması xüsusiyyətləri müəyyən edilir.

Tədqiqatın metodologiyası - sistemli və kompleks yanaşma, müqayisəli təhlil, müasir dövrdə beynəlxalq təcrübənin ümumiləşdirilməsi və qiymətləndirilməsi ilə bağlı metodlardan istifadə edilməsidir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - alınmış nəticələr və irəli sürülmüş təklif və mülahizələr Azərbaycan Respublikasında mövcud olan və yeni yaranacaq texnoparkların  fəaliy-yətində tətbiq edilə bilər.

Tədqiqatın orjinallığı və elmi yeniliyi - Texnoparkın yaradılmasının dünya təcrübə-sinə əsaslanaraq bütövlükdə cəmiyyətin müsbət meyllər sosial-iqtisadi inkişafı üçün proqram və layihələrin işlənməsində ifadə oluna bilər. Müəyyən edilir ki, texnoparkların yaradıl-masının sosial səmərəliliyinin məzmununu xarakterizə edən göstəricilər, texnoparkın gözlənilən fəaliyyət sahələrinə görə hesablanmalıdır və buraya texnopark layihələrinin gəlirliliyini xarakterizə edən göstəricilərə daxil etməlidir. İş yerlərinin yaradılması, büdcə gəlirlərinin çoxalması, yeni malların, işlərin, xidmətlərin istehsalı (texnopark layihələri üçün malların, məhsulların, işlərin, xidmətlərin satışından toplanan gəlirlər (ümumi gəlir); texnopark layihələri üçün birləşdirilmiş əlavə dəyər; gəlirin bir manatı üçün əlavə dəyər), kadr hazırlığı, infrastrukturun inkişafı.

Acar sözlər: texnopark, beynəlxalq təcrübə, innovasiya, iqtisadi mənfəət, iqtisadi əlavə dəyər, səmərəlilik.

Fayl

PDF

Buraxılış

№4 - 2020

Müəllif

Bayramov Süleyman Tahir oğlu