«Audit» jurnalıaçıq girişli (jurnalın məzmunu ilə hər kəs sərbəst şəkildə faydalana bilər), resenziyalı elmi-praktiki jurnaldır. Jurnal Bakı Biznes Universitetinin dövrü mətbuat orqanı olaraq, 1999-cu ildən nəşr edilir. Jurnal 21.01.1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinində qeydiyyat keçmiş (Qeydiyyat № B 80) və 30.04.2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş «Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı» na daxil edilmişdir (protokol №10-R).
Jurnalın çap versiyasının ISSN nömrəsi - 2616-4310.
«Audit» jurnalının əsas məqsədi audit, iqtisadiyyat, mühasibat uçotu, maliyyə, hüquq və idarəetmə sahələrində aparılan elmi-tədqiqatın nəticələri barədə fikir mübadiləsi aparmaq üçün beynəlxalq əməkdaşlıq platforması yaratmaq, həmçinin sadalanan sahələrdə aktual problemlərin müəyyən edilməsi və onların həlli yollarını tapmaqdan ibarətdir.
Jurnalın bölmələri:
· Audit, uçot, statistika
· Büdcə, maliyyə və kredit
· Bazar iqtisadiyyatının inkişaf istiqamətləri
· Hüquq və idarəetmə
Jurnal rübdə bir dəfə (ildə 4 dəfə - mart, iyun, sentyabr, dekabr) dərc edilir.
«Audit» jurnalının redaksiyası - COPE (Committee on Publication Ethics) tərəfindən təsbit edilən nəşriyyat etikasına dair beynəlxalq standartlara riayət edir.
Jurnala nəşr üçün azərbaycan, rus və ingilis dillərində yerli və xarici alimlərin orijinal (daha öncə heç yerdə nəşr edilməyən və yaxud digər nəşriyyata çap üçün təqdim edilməmiş) məqalələrini qəbul edir.