Redaksiyaya daxil olan material ilk öncə plagiatın olub olmamasına dair yoxlanılır, sonra materialın elmi qiymətləndirilməsi üçün iki rəyçiyə (resenzentə) baxılmaq üçün göndərilir. Resenziya "iki tərəfli "anonim" rəyçilik" prinsipi əsasında aparılır, bu zaman nə müəllif/ müəlliflər rəyçilərin kim olduğunu, nə də rəyçilər müəllifin/ müəlliflərin kim olduğunu bilmirlər. Resenzentlər qismində elmi dərəcəsi (elmi adı) olan şəxslər (redaksiya heyətinin üzvləri və ya xarici rəyçilər) və ya təqdim olunan materialın mövzusuna və məzmununa uyğun bir sahədə aparıcı mütəxəssislər cəlb edilir. Resenziya materialın dərc üçün təqdim edildiyi gündən 5-10 gün ərzində aparılır.
Hər bir materiala dair resenziya redaksiya tərəfindən müəyyən edilmiş "Resenziya forması" üzrə həyata keçirilir. "Resenziya forması" konkret sualları və onların ardıcıl qiymətləndirməsini, habelə materialın resenzent tərəfindən açıq qiymətləndirilməsini və müəllif/müəlliflər üçün tövsiyələri özündə əks etdirir. Hər bir material üzrə resenziya 5 il ərzində redaksiyada saxlanılır.
Resenziyanın nəticəsi aşağıdakı qərarlardan biri ola bilər:
1) material təqdim olunmuş versiyada dərc üçün tövsiyə olunur (şərh yoxdur);
2) material resenzentlərin rəy və istəklərini nəzərə alaraq (müəllifin istəyi ilə) dərc üçün tövsiyə olunur;
3) material yalnız resenzentlərin rəylərinin müəllif tərəfindən mütləq nəzərə alınmaqla dərc üçün tövsiyə olunur;
4) material dərc üçün tövsiyə edilmir.
«Materialın resenzentlərin rəy və istəklərini nəzərə alaraq (müəllifin istəyi ilə) dərc üçün tövsiyə olunması» və yaxud «Material yalnız resenzentlərin rəylərinin müəllif tərəfindən mütləq nəzərə alınmaqla dərc üçün tövsiyə olunması» hallarında «Resenziya formasının» - Rəyçinin ümumi qiymətləndirməsi və Rəyçinin müəllifə tövsiyyə və məsləhətləri bölmələrinin məzmunu, həmin tövsiyyə və məsləhətləri nəzərə almaq məqsədi ilə müəllifin elektron poçt ünvanına göndərilir (rəyçi haqqında məlumat verilmədən).
Material dərc üçün tövsiyyə edilmədiyi təqdirdə müəllifin elektron poçt ünvanına imtinanın əsaslandırılmış səbəbləri göndərilir.
Müəllifin rəsenzentlərin rəyi ilə əsaslandırılmış razılaşmaması halında, redaksiya heyətinin bütün üzvlərinin fikirlərini nəzərə almaqla əlavə bir rəy təyin olunur.
Jurnalın redaksiyası resenzentlərdən rəyi, təqdim olunmuş əlyazma ilə bağlı hər hansı bir məlumatın məxfilik şərtlərinə uyğun, həyata keçirmələrini təmin etməlidirlər. Rəyçi tərəfindən araşdırılmış əlyazmanın üçüncü tərəflərlə müzakirə olunmasına icazə verilmir. Material dərc edilməzdən əvvəl rəyçilər həmin materialdan istifadə və ya ona istinad edə bilməzlər.
Hər bir material üzrə resenziya 5 il ərzində redaksiyada saxlanılır.
Təqdim edimiş materialın dərc üçün qəbulu prosesini müəllif saytda qeydiyyatdan keçərək yaradılan «Şəxsi kabinetdən» izləyə bilər.