Jurnalda nəşr üçün öncə digər elmi nəşrlərdə dərc edilməyən, və yaxud dərc üçün digər redaksiyalara təqdim edilməyən yalnız orijinal məqalələr qəbul edilir.
Redaksiyaya daxil olan hər məqalə ilk öncə plagiata yoxlanılır. Məqalədə plagiat 25%-dən çox aşkarlandığı halda, məqalə dərc üçün rədd edilir.
Əgər plagiat 25%-ə qədərdirsə, məqalə təkrar işlənmək və plagiatın aradan qaldırılması üçün müəllifə qaytarılır, bundan sonra müəllif məqaləni təqdim etmək üçün yenidən redaksiya ilə əlaqə saxlamaq hüququna malikdir.
Qəbul edilən məqalədə plagiat aşkarlanmadığı halda, məqalə rəy üçün resenzentlərə təqdim edilir. Məqalənin orijinallığının resenzentlər tərəfindən qiymətləndirilməsi istisna edilmir.