«Audit» jurnalının nömrələrinin tam mətnli elektron versiyaları dərc edildiyi andan etibarən jurnalın rəsmi saytında pulsuz, məhdudiyyətsiz əldə edilə bilər, yani jurnalın məzmununa açıq giriş təmin edilir. Açıq giriş siyasətinin məqsədi qlobal bilik mübadiləsini asanlaşdırmaqdır.
Jurnalın açıq giriş siyasəti Budapeşt Açıq Giriş Təşəbbüsünə uyğun olaraq həyata keçirilir. Budapeşt Açıq Giriş Təşəbbüsünə əsasən «açıq giriş ilə ictimai internet vasitəsilə elmi məlumatlara pulsuz giriş təmin edilir və hər bir istifadəçinin tam mətnli məqalələri oxumaq, yükləmək, kopiya etmək, yaymaq, çap etmək, axtarmaq və ya əlaqələndirmək hüququ təmin edilir, robot-indeksləşdirmələr vasitəsi ilə axtarış aparmaq, onları proqram təminatına məlumat kimi daxil etmək və yaxud bilavasitə internetə girişi idarə edən məlumatları istisna etməklə maliyyə, hüquqi və texniki maneələr olmadıqda digər qanuni məqsədlər üçün istifadə etmək.
Təkrar istehsal və yayımda yeganə məhdudiyyət, habelə bu sahədəki müəllif hüququnun vəziyyəti müəllifin əsərin bütövlüyünə nəzarət etmək hüququ və əsərdən istifadə edərkən və istinad edərkən onun adına mütləq istinad edilməlidir.
Jurnalın nömrələrinə açıq giriş rəsmi veb saytında Arxiv bölməsində mövcuddur.