Tədqiqatın məqsədi korporativ sosial məsuliyyət kontekstində yaşıl marketinq konsep-siyasını inkişaf etdirmək idi.
Tədqiqatın metodologiyası – Korporativ sosial məsuliyyət, şirkətlərin sosial və ətraf mühit problemlərini öz iş fəaliyyətlərinə və maraqlı tərəfləri ilə qarşılıqlı əlaqələrinə inteqra-siya etdikləri bir idarəetmə konsepsiyasından, metodoloji yanaşmalardan, müxtəlif tədqiqat-çıların elmi əsərlərindəki baxışlardan ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - Tədqiqatın əsaslı müddəalarından və araşdırılmış əsaslı təkliflərdən müəssisə və şirkətlərdə rəqabət qabiliyyətli məhsullarının istehsalını artır-maq, korporativ sosial məsuliyyət hesabına səmərəliliyi yüksəltmək, korporativ sosial məsu-liyyətin davamlılıq, hesabatlılıq və şəffaflıq kimi üç əsas fəaliyyətdən istifadə oluna bilər.
Tədqiqatın nəticələri – Çox sayda firma yaşıl marketinqdən və korporativ sosial məsuliyyətdən istifadə etsə də, həll edilməsi lazım olan bir sıra problemlər var. Əsas prob-lemlərdən biri yaşıl marketinqdən və korporativ sosial məsuliyyətdən istifadə edən firmaların fəaliyyətlərinin istehlakçıları və ya sənayeni aldatmamasını təmin etmələri və ətraf mühitin marketinqi ilə əlaqəli heç bir qaydaları və ya qanunları pozmamasıdır. Azərbaycanda yaşıl marketinq və korporativ sosial məsuliyyətin inkişaf etdirilməsinin aktual problemləri açıq-lanaraq, bu isitqamətdə mövcud potensial və perspektivli fəaliyyət istiqamətləri müəyyən-ləşdirilmiş, mövcud problemlərin həllinə dair tövsiyələr və təkliflər hazırlanmışdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – Tədqiqatda baxılması nəzərdə tutulan mühüm problemlərə dair müasir baxışlar formalaşdırılmış, müxtəlif alimlərin elmi əsərlərindən bəhrə-lənməklə, həmin problemlər üzrə əsaslandırılmış mexanizmlər müəyyənləşdirilmiş və bunlara dair metodoloji üslublar verilmişdir. Yaşıl marketinqdən və korporativ sosial məsuliyyətdən istifadənin daha səmərəli təşkili üçün korporativ xeyriyyəçilik, firmanın marketinq və müəy-yən sosial gözləntilər olmadığı digər bizneslə əlaqəli hədəflərə çatmaq üçün könüllü olaraq xeyriyyəçi və ya sosial xidmətlərə necə vəsait ayıracağını seçməyi özündə ehtiva edən məsu-liyyət olaraq təyin edilməsinin vacibliyi bildirilmiş və bunlarla bağlı tövsiyələr verilmişdir. Yaşıl marketinqdən istifadənin korporativ sosial məsuliyyət əsasında təşkili üzrə daha təsirli tədbirlərin görülməsinə diqqət vurğulanmışdır. Yaxın perspektivdə Azərbaycanda yaşıl mar-ketinqin və korporativ sosial məsuliyyətin artırılması istiqamətləri üzrə tövsiyələr hazırlanmış və təkliflər irəli sürülmüşdür.
Açar sözlər: yaşıl marketinq, korporativ sosial məsuliyyət, korporativ idarəetmə, kor-porativ xeyriyyəçilik, yaşıl qiymət.