Tədqiqatın məqsədi – sənaye müəssisələrində çalışan işçi heyətinin planlaşdırılması, onların əməyinin stimullaşdırılması, karyerasının inkişafı və sair məsələlərin elmi cəhətdən araşdırmaqdır. Əmək resursları cəmiyyətin aktiv sosial ehtiyatları kimi maddi nemətlərin yaradılması və xidmətlərin göstərilməsi prosesində birbaşa iştirak edən aktiv ünsürlərdir. İnsan resursları milli iqtisadiyyatın və onun bütün sahələrində özünü ən zəruri və vacib resurs kimi göstərir, fəaliyyətin təşkili, idarə edilməsi və icrasında özünün əqli, mənəvi, psixoloji imkanlarından istifadə edərək yaradıcı komponent kimi çıxış edir. İnsan resursları yeganə resurs kimi digər maddi, texniki, texnoloji, maliyyə, informasiya resurslarını öyrənir, araş-dırır, təhlil edir, hətta onların bir-birinə təsirlərini yaradır.
Tədqiqatın metodologiyası – insan resurslarının idarə edilməsi məsələsini sistemli və kompleks araşdırmaqdır. Müəssisə və təşkilatlarda insan resurslarının idarə edilməsi idarəetmə fəaliyyətinin əsas alt sistemlərindən biri hesab edilir. Çünki bu məsələ müəssisənin əsas fəaliyyətinin inkişafına, məhsul istehsalının həcminin artırılmasına, keyfiyyətin yüksəldilmə-sinə, əmək məhsuldarlığının artırılmasına, iqtisadi səmərəlilik göstəricilərinin yüksəldilməsinə bir başa təsir göstərir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - əldə edilmiş nəticələri sənaye müəssisələrinin idarə edilməsində tətbiq etməkdir. Müəssisə və təşkilatların idarə edilməsinin strateji aspektləri, onların inkişafına, davamlı və dayanıqlı fəaliyyətinə səbəb olur.
Tədqiqatın nəticələri – insan resurslarının strateji idarə edilməsinin təkmilləşdirilməsi, bu sahədə konseptual yeniliklərdən ibarətdir. Tədqiqatın nəticələrinin sənaye müəssisələrinin fəaliyyətində tətbiqi, həmin müəssisələrin insan resurslarının təkmilləşdirilməsinə, əmək fəaliyyətində inkişafına və stimullaşdırlmasına xidmət edir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – insan resurslarının idarə edilməsində strateji hədəflərin müəyyən edilməsi, müəssisədə uğurlu kadr siyasətinin müəyyən olunması, bu sahədə korporativ vahid konsepsiyanın olması, heyətin təkmilləşdirilməsi və onun karyera-sının inkişafının yeni texnologiyasının irəli sürülməsindən ibarətdir. İdarəetmənin funksiyala-rının icrası və metodlarının tətbiqi mexanizmində yeniliklərin olunması təşkilatda əmək resurslarının motivləşdirilməsinin əsasını təşkil edir. Əmək resurslarının strateji idarə edilməsi prosesində idarəetmənin bütün funksiyaları və metodları tətbiq olunur. İdarəetmənin metodları sosial xarakter daşımaqla işçiləri, əmək resurslarını əmək fəaliyyətində fəallaşdırır, aktivləş-dirir və inkişafa, nəticəyə yönəldir. İdarəetmənin üsulları müəssisənin maliyyə-iqtisadi fəaliyyətinin genişləndirilməsinə, təsərrüfatçılıq fəaliyyətinin inkişafına, əmək ehtiyatlarının fəaliy-yətdə fəallığının artırılmasına səbəb olur. İdarəetmənin metodları tərəfdaşların, partnyorların, təchizatçıların, alıcıların cəlb olunmasına, rəqabət qabiliyyətinin gücləndirilməsinə imkan ya-radır. Bu nöqteyi nəzərdən tədqiqatımız idarəetmədə yeniliklərin tətbiqi baxımından təq-dirəlayiq hesab edilə bilər.
Açar sözlər: idarəetmə, insan resursları, heyət, stimullaşdırma, kadr siyasəti, əmək fəaliyyəti.