NƏQLİYYAT SİSTEMİNDƏ KONSESSİYA RAZILAŞMALARININ FUNDAMENTAL ƏSASLARI

X Ü L A S Ə

Tədqiqatın məqsədi - nəqliyyat sistemində dövlət-özəl tərəfdaşlığı biznes modeli çərçivəsində konsessiya razılaşmalarının formalarının, hüquqi və institusional mexanizmlərinin elmi əsaslarının araşdırılması, beynəlxalq təcrübənin müqayisəli təhlili əsasında bu sahədə səmərəli tətbiq imkanlarının müəyyənləşdirilməsindən ibarətdir.

Tədqiqatın metodologiyası - elmi abstraksiya, müqayisəli təhlil, sintez və ümumiləşdirmə yanaşmaları ilə yanaşı, beynəlxalq və yerli normativ-hüquqi sənədlərin sistemləşdirilməsi, konsessiya layihələrinin praktiki nümunələrinin analizi və deskriptiv təhlil metodlarına əsaslanmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti - əldə olunan nəticələr nəqliyyat sistemində dövlət-özəl tərəfdaşlığı çərçivəsində konsessiya layihələrinin planlaşdırılması, tender mexanizmlərinin təşkili, risklərin optimal bölgüsü və investisiya cəlbediciliyinin artırılması sahəsində praktik tövsiyələr verilməsi baxımından əhəmiyyətlidir. Məqalənin nəticələri həm dövlət orqanlarının qərar qəbuletmə prosesində, həm də potensial konsessionerlərin strategiya formalaşdırmasında istifadə oluna bilər.

Tədqiqatın nəticələri - müxtəlif konsessiya modellərinin (BOT, BOOT, BTO, BOO, Brownfield və müddətsiz konsessiya) üstünlükləri və çatışmazlıqları müəyyənləşdirilmiş, Latın Amerikası və Avropa yanaşmaları müqayisə olunmuşdur. Həmçinin tender prosesinin mərhələləri, konsessionerin seçilməsi meyarları və layihələrin sosial-iqtisadi təsirləri sistemli şəkildə təhlil edilmişdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - nəqliyyat sistemində müddətsiz konsessiya modelinin iqtisadi dəyişkənliklərə uyğun çevik mexanizm kimi təhlili, maraqlar balansının qorunmasına verdiyi töhfənin müəyyən edilməsi və Azərbaycan reallığında tətbiqi imkanlarının dəyərləndirilməsi ilə bağlıdır. Məqalə həmçinin konsessiya layihələrinin uğurlu reallaşdırılması üçün strateji planlaşdırma, şəffaf qiymətləndirmə və risklərin səmərəli idarə edilməsi prinsiplərinin nəzəri-metodoloji əsaslandırılmasına yönəlmişdir.

Açar sözlər: dövlət-özəl tərəfdaşlığı, konsessiya, nəqliyyat, risk, tender, investisiya.

https://doi.org/10.30546/2707-2037.052.2.2026.1091

Fayl

PDF

Buraxılış

№2 - 2026

Müəllif

Mirzəyev Fuad Mürvət oğlu