ALİ TƏHSİLDƏ MÜASİR KEYFİYYƏT YANAŞMALARININ İDARƏ OLUNMASI

X Ü L A S Ə

 

Tədqiqatın məqsədi – ali təhsil sistemində keyfiyyət anlayışını araşdırmaq, müasir yanaşmaları təhlil etmək və onların ölkəmizdə tətbiqi imkanlarını müəyyənləşdirməklə idarə olunmasını əks etdirməkdən ibarətdir.

Tədqiqatın metodologiyası – tədqiqatda müqayisəli təhlil, analitik ümumiləşdirmə və sintez metodlarından istifadə olunmuşdur.

Tədqiqatın tətbiqi əhəmiyyəti – ali təhsildə keyfiyyət təminatı və idarəetmə mexa­nizmlərinin təkmilləşdirilməsi ölkənin rəqabətqabiliyyətli insan kapitalının formalaş­ma­sı­na, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasına və təhsil müəssi­sələrinin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşmasına xidmət edir.

Tədqiqatın nəticələri – ali təhsildə keyfiyyət yanaşmalarının təkmilləşdirilməsi üçün institusional idarəetmə mexanizmlərinin gücləndirilməsi, rəqəmsallaşdırılmış qiymətləndirmə sistemlərinin tətbiqi, tələbə məmnunluğu meyarlarının nəzərə alınması və davamlı inkişaf prinsiplərinin tədris prosesinə inteqrasiyası ilə bağlı təkliflər irəli sürülmüşdür.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – məqalədə ali təhsil müəssisələrində keyfiyyət anlayışının ənənəvi metodlardan fərqli olaraq müasir yanaşmalar əsasında qiymətləndirilməsi, beynəlxalq təcrübələrə uyğun olaraq yeni model və göstəricilərin tətbiqi imkanlarının elmi əsaslandırılması təqdim olunur.

Açar sözlər: ali təhsil, keyfiyyət, yanaşma, idarəetmə, ali təhsil müəssisələri.

http://doi.org/10.59610/bbu4.2025.4.14

Fayl

PDF

Buraxılış

№4 - 2025

Müəllif

Hümbətova Fidan Babək qızı