X ÜL A S Ə
Tədqiqatın məqsədi – aqrar sahənin maliyyələşməsinə dair müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi istiqamətində təklif və tövsiyələrin işlənib hazır- lanmasıdır.
Tədqiqatın metodologiyası – induksiya, deduksiya, eləcə də kəmiyyət və keyfiyyət metodlarını biləşdirən çoxşaxəli yanaşmadan istifadə edilib.
Tədqiqatın tətbiqi əhəmiyyəti - bu tədqiqat müxtəlif maraqlı tərəflər, o cümlədən maliyyəçilər, aqrar, aqrar-sənaye mütəxəssisləri, investorlar və aqrar sahədə təhsil alanlar üçün əhəmiyyətli ola bilər.
Tədqiqatın nəticələri – Çin, Latviya, Böyük Britaniya və s. kimi ölkələrin aqrar sahədə maliyyələşməyə dair təcrübələri araşdırılıb, eləcə də müvafiq təcrübənin ölkəmizdə tətbiqi zəruriliyi əsaslandırılıb.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - tədqiqat aqrar sahənin maliyyələşməsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə dair irəli sürülən fikir və mülahizələrlə müvafiq nəzəri bilikləri daha da zənginləşdirir. Təhlil və təklif edilən maliyyələşmə aqrar sektorun inkişafı, bu sahədə məhsuldarlığın artırılması, regional inkişaf, texnoloji inteqrasiya və s. müxtəlif məsələlərin həlli baxımından diqqəti cəlb edir. Bütün bunlar tədqiqatın elmi yeniliyi və orijinallığı kimi dəyərləndirilə bilər. Tədqiqat kəmiyyət və keyfiyyət üsullarını birləşdirərək, müvafiq maliyyələşdirmə ilə aqrar potensialdan səmərəli istifadə imkanlarını təqdim edir.
Açar sözlər: kənd təsərrüfatı, maliyyə, kredit, beynəlxalq, Latviya, Danimarka, Çin, Böyük Britaniya, aqrar xidmətlər, aqrar məsləhətlər.