İnsan kapitalının formalaşması və inkişafı proseslərinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi yolları

Tədqiqatın məqsədi - insan kapitalının formalaşması və inkişafı proseslərinin ida­rə­et­mə mexanizmlərinin təkmilləşdirilməsi yollarından ibarətdir. Bu məqsədlə insan kapitalının for­­malaşması proseslərinin mahiyyəti açıqlanmış və sistemləşdirilmişdir. İnsan kapitalının in­ki­şafı proseslərinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi problemləri tədqiq olun­muş­dur. Ölkənin qlobal şəraitdə rəqabət qabiliyyətinin artırlmasında insan kapitalının rolu və əhə­miyyəti əsaslandırılmışdır. İnsan kapitalının əsas elementlərinin idarəetmə me­xa­niz­m­lə­rinin  səmərəliliyinin yüksəldilməsinə mane olan amillərin öyrənilməsi və ümumiləşdirilməsi təmin edilmişdir. 

Tədqiqatın metodologiyası - sistemli və müqayisəli təhlil, insan kapitalının for­ma­laş­ması və inkişafı proseslərinin idarəetmə mexanizmlərinin  təkmilləşdirilməsi problemlərindən bax­maqla, daha səmərəli üslublardan, metodoloji yanaşmalardan, müxtəlif tədqiqatçıların elmi əsərlərində verilmiş elmi müddəalardan ibarətdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatda alınmış nəticələrdən və hazırlanmış təkliflərdən insan kapitalının formalaşması və inkişafı proseslərinin idarəetmə mexanizm­lə­rinin təkmilləşdirilməsi məqsədilə konseptual yanaşmaların hazırlanmasında, tədbirlərinin mü­əyyənləşdirilməsində, ölkədə insan kapitalının inkişafı strategiyasının formalaş­dırıl­ma­sın­da və tədris prosesində istifadə edilə bilər.

Tədqiqatın nəticələri – müasir şəraitdə insan kapitalının formalaşması və inkişafı pro­ses­lərinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi problemləri və həlli yollarının mü­əy­yən­ləşdirilməsi üzrə tövsiyələr və təkliflərin hazırlanmasıdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində araşdırılması nəzərdə tutulan ak­tual problemlər üzrə mövcud elmi əsərlərdən və yanaşmalardan istifadə etməklə, insan ka­pi­talının formalaşması və inkişafı proseslərinin idarəetmə mexanizmlərinin təkmil­ləş­di­ril­mə­sinə müasir baxışlar formalaşdırılmışdır. İnsan kapitalının formalaşması üzrə zəruri ele­ment­lər və komponentlərin hər birinin ciddi nəzərə alınmasının vacibliyi əsaslandırılmışdır. İnsan ka­pitalının inkişaf etdirilməsi problemlərinin mahiyyətindən çıxış etməklə, idarəetmə me­xa­nizm­lərinin təkmilləşdirilməsi üzrə konseptual yanaşmalar və metodoloji üsullar müəy­yən­ləş­di­rilmişdir. Qlobal iqtisadi çağırışlar şəraitində insan kapitalının formalaşması və inkişafı pro­ses­lərinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi yolları üzrə tövsiyələr hazırlanmış və tək­liflər verilmişdir.  

Açar sözləri: insan kapitalı, insan kapitalının formalaşması, insan kapitalının inkişafı, insan kapitalının əsas elementləri, insan kapitalının inkişaf prioritetləri, insan kapitalının in­ki­şaf perspektivləri, idarəetmə mexanizmləri, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi. 

Fayl

PDF

Buraxılış

№3 - 2019

Müəllif

Abdullayev Loğman İmran oğlu