Tədqiqatın məqsədi – müəssisələrdə insan resurslarının səmərəli idarə edilməsi siste-minin araşdırılaraq qiymətləndirilməsindən ibarətdir.
İşin metodologiyası – tədqiqat işində sistemli yanaşma, məntiqi ümumiləşdirmə, analiz və s. metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – müəssisələrdə insan resurslarının səmərəli idarə edil-məsi sisteminin metodlarının dünya təcrübəsinə əsaslanaraq ölkəmizə uyğun modellərinin öyrənilməsidir.
Tədqiqatın nəticələri onu göstərir ki, müəssisələrin səmərəli idarəedilməsi sisteminin qiymətləndirilməsi üçün bir sıra modellərin tətbiqi vacibdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – müəssisələrdə insan resurslarının səmərəli idarəedilməsinin təmin edilməsində dünya təcrübəsinə əsaslanan modellərin tətbiqi, ondan istifadənin artırılması və inkişaf etdirilməsinin əhəmiyyəti müəyyən edilmişdir.
Açar sözlər: insan resurlarının idarə edilməsi sistemi, əmək fəaliyyəti, kadr xidməti, iş şəraiti, iqtisadi səmərəlilik.