Tədqiqatın məqsədi - ali təhsil pilləsi üzrə institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarlarında ali təhsil müəssisələrinin kadr hazırlığında əmək bazarının tələblərini nəzərə alınması ilə bağlı meyarların və indikatorların mövcudluğu vəziyyətini təhlil etməkdir.
Tədqiqatın metodologiyası - tədqiqat aparılarkən keyfiyyət metodundan (legal document analyze) istifadə olunmuş və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli, KQ-05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları”nda və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları”nda, müəssisə-nin kadr hazırlığı zamanı əmək bazarında baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərini nəzərə almasına dair birbaşa meyar və indikatorların əks olunması vəziyyəti təhlil olunmuşdur.
Tədqiqatın tətbiqi əhəmiyyəti - beynəlxalq təcrübəyə əsasən, ali təhsil müəssisələrinin xarici keyfiyyət təminatı üzrə səlahiyyətli qurumlarının müvafiq qaydada müəyyən etdiyi qiymətləndirmə meyarları ali təhsil müəssisələrinin daxili keyfiyyət təminatı üzrə siyasətini, fəaliyyət istiqamətlərini və tədbirlər planını müəyyən edir.
Tədqiqatın nəticələri - təhlil sonrası müəyyən edilmişdir ki, kadr hazırlığında əmək ba-zarında baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərinin nəzərə alınması ilə bağlı müvafiq indikatorlar institusional və proqram akkreditasiya üzrə qiymətləndirmə meyarlarında əks olunmuşdur.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - sözügedən akkreditasiya meyarlarının yeni təsdiq olunmuş və qeyd olunan indikatorlarının kifayət qədər tematik təhlili aparılmamışdır.
Açar sözlər: ali təhsil müəssisəsi, daxili keyfiyyət təminatı, əmək bazarı, akkreditasiya, xarici keyfiyyət təminatı.