Gömrük nəzarətinin həyata keçirilməsində motivasiya alətlərinin tətbiqi

Tədqiqatın məqsədi – gömrük nəzarəti rəhbər işçilərinin səmərəli fəaliyyətinin motivasiya alətlərinin hazırlanması, təklif və tövsiyələrin hazırlanmasından ibarətdir.

Tədqiqatın metodologiyası – Azərbaycanda gömrük nəzarəti rəhbər işçilərinin səmərəli fəaliyyətinin motivasiyasının əsas istiqamətlərinin qiymətləndirilməsində müqayisəli təhlil və sistem yanaşmadan istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – alınmış nəticələrdən gömrük nəzarəti rəhbər işçiləri-nin səmərəli fəaliyyətinin motivasiya mexanizmləri ilə bağlı nəzəri və praktiki problemlərin həll olunmasında istifadə edilə bilər.

Tədqiqatın nəticələri – gömrük nəzarəti rəhbər işçilərinin səmərəli fəaliyyətinin motivasiya alətlərinin hazırlanması üzrə təklif və tövsiyələrin irəli sürülməsindən ibarətdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – məqalədə Azərbaycanda gömrük nəzarəti rəh-bər işçilərinin səmərəli fəaliyyətinin motivasiya alətlərinin hazırlanması alətləri təhlil edilmiş, bu sahədə tənzimləmənin optimallaşdırılması ilə bağlı təklif və tövsiyələr irəli sürülmüşdür.

Açar sözlər: motivasiya, gömrük orqanları işçiləri, stimul, səlahiyyət potensialı, səmərəlilik.

Fayl

PDF

Buraxılış

№4 - 2022

Müəllif

Alıyev Səddam Qüdrət oğlu