İnvestisiya qoyuluşlarında sosial məsuliyyətli investisiyaların əsas istiqamətləri

Tədqiqatın məqsədi – ölkəyə investisiya qoyuluşları zamanı davamlılıq və dayanıqlılıq prinsiplərindən istifadə edərək daha uyğun investisiyaların həcminin artırılması və sosial məsuliyyətli investisiya qoyuluşlarına təsir edən faktorların təhlil edib qiymətləndirməkdir.

Tədqiqatın metodologiyası məqalənin yazılmasında, yeni istiqamətlərin hazırlanmasında müşahidə, müqayisə, ətraf mühitin, sosial vəziyyətin təhlili, iqtisadi-statistik araşdırmalar və digər üsullardan istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, işdə əldə olunmuş nəticələr və irəli sürülən təkliflər Azərbaycanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ölkədə məşğulluğun artması zamanı qoyulan investisiyaların sosial məsuliyyətin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsində istifadə oluna bilər.

Tədqiqatın nəticələri – məqalədə qloballaşma prosesi zamanı dünyada baş verən yeni trendlərin təsiri altında iqtisadiyyatın sahələrində, müxtəlif sektorlara qoyulan investisiyaların daxilində baş verən keyfiyyət dəyişiklikləri öyrənilir, müxtəlif tövsiyələr irəli sürülür.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – ölkədə iqtisadi artımı təmin edən investisiya qoyuluşunda sosial məsuliyyətin yəni davamlı inkişaf prinsiplərindən səmərəli istifadə etməklə iqtisadiyyatda baş verə biləcək böhranların təsirlərini azaltmaqdan ibarətdir.

Açar sözlər: sosial məsuliyyətli investisiya,  dayanıqlı investisiya, korporativ sosial məsuliyyət.

 

Fayl

PDF

Buraxılış

№4 - 2022

Müəllif

Novruzlu Behbidalı Valeh oğlu