İnsan resurslarının kompetensiyalarının şirkətin səmərəliliyinə təsiri: Azərbaycan şirkətləri nümunəsində

Tədqiqatın məqsədi - şirkətlər tərəfindən insan resurslarının kompetensiyalarının səmərəliliyini ölçülməsinin, heyətin idarə edilməsi strategiyasının, müasir idarəetmə struktu-runun və onun tərkib elementlərinin müəyyən edilməsindən ibarətdir.

Tədqiqatın metodologiyası - tədqiqat işində sistemli yanaşma, təhlil və ümumiləşdirmə metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - müasir müəssisələrdə insan resurslarının idarəetmə sistemi, mülkiyyət formasından asılı olmayaraq, rəqabətqabiliyyətliliyin və inkişafın təmin edilməsi üçün güclü bir vasitədir, buna görə də bazar iqtisadiyyatının tələbləri nəzərə alın-maqla bu sistemin səmərəliliyinin artırılmasına daim ehtiyac var.

Tədqiqatın nəticələri - insan resurslarının idarə edilməsində yanaşmalar, şirkətin ümumi innovasiya strategiyasının həyata keçirilməsi prosesini həyata keçirmək üçün zəruri olan insan resurslarının formalaşmasına və inkişafına yönəldilmiş idarəetmə fəaliyyətlərinin məc-musu kimi qiymətləndirilə bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - insan resurslarının kompetensiyasının ölçülmə meyarları şirkətlərdə tətbiq edilmədiyindən bu mövzunun aktual olduğunu göstərir.

Açar sözlər: insan resursları, kompetensiya, innovasiya, heyətin idarə edilməsi, idarəetmə, kompetensiyaların səmərəliliyi.

 

Fayl

PDF

Buraxılış

№3 - 2022

Müəllif

Abdulova Aygün Ağa Sadıx qızı