Tədqiqatın məqsədi - ölkədə nəqliyyat və logistik xidmətlərdə biznes modellərini tədqiq etmək və inkişaf istiqamətlərini müəyyənləşdirməkdir.
Tədqiqatın metodologiyası - tədqiqat işində analiz və sintez metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - logistik xidmətlər ölkə iqtisadiyyatının bütövlükdə olaraq müxtəlif sektorlar üzrə dərindən dəyişdirmək gücünə sahibdir. Bir sıra ölkələrin uğurlu təcrübələrinə əsasən rəqəmsallaşdırılmış biznes modellərindən daha səmərəli istifadə edilməsi ölkədə daha rəqabətli iqtisadiyyatın yaranması, iqtisadi artımın sürətlənməsi və biznesin ge-nişlənməsinin əsas amilidir.
Tədqiqatın nəticələri - ölkədə nəqliyyat sektorunda davamlı inkişafa nail olunmaq üçün rəqəmsal biznes model mühitinin formalaşdırılması ilə bağlı tövsiyə xarakterli təkliflər irəli sürülməsindən ibarətdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - rəqəmsal biznes modellərinin inkişafının stimullaşdırılması ilə bağlı dövlət tərəfindən həyata keçirilən tənzimləmə tədbirlərinin sürət-ləndirilməsi vacib məsələdir.
Açar sözlər: rəqəmsal fəaliyyət, rəqəmsal texnologiya, biznes modelləri, innovasiyalar, dövlət tənzimlənməsi, stimullaşdırma.