Tədqiqatın məqsədi – keyfiyyətə nəzarətin təşkilinin rəqabət qabiliyyətli məhsul isteh-salına təsirlərin öyrənilməsi.
Tədqiqatın metodologiyası – keyfiyyətli məhsul istehsalı, eləcə də xidmət keyfiyyətinin artırılması məqsədilə bu istiqamətdə aparılmış tədqiqatlar və standartların müəyyən-ləşdirilməsi, eləcə də onların müqayisəli təhlili.
Tədqiqatın tətbiqi əhəmiyyəti – müasir dünyada keyfiyyətə nəzarət ön plana çəkilir. Buna səbəb, istehsal müəssisələri artıdıqca, istehsal olunan məhsulların çeşidlərinin sayı ço-xaldıqca bazarda rəqabət güclənir. Bunun nəticəsində bəzi istehsal müəssisələri yaranmış rəqabətə tab gətirə bilmir. Ona görə də, rəqabət qabiliyyətli məhsul istehsalına nail olmaq üçün bu sahədə tədqiqatların aparılması xüsusi əhəmiyyət kəsb edir.
Tədqiqatın nəticələri – texnoloji yeniliklərin imkanlarından, müasir keyfiyyət standartlarının tələblərindən, eləcə də rəqabət qabiliyyətli məhsul istehsalı üçün işlənilmiş meto-dologiyalardan faydalanaraq, bu istiqamətdə tövsiyələr hazırlanmış və metodologiyalar analiz edilmişdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – rəqabət qabiliyyətli məhsul istehsalında keyfiyyət nəzarət amilinin rolu, keyfiyyətə müasir yanaşmalar, keyfiyyətə təsir edən amillər, keyfiyyət və rəqabət amillərinin istehsal prossesinə təsiri və s. əhatəli müqayisə edilmiş, faktlar üzərində təhtiş edilmişdir.
Açar sözlər: rəqabət, keyfiyyət, nəzarət, istehlak, bazar, məhsul, istehsal, xammal, aqrar, müəssisə, təsərrüfat və s.