Tədqiqatın məqsədi. Azərbaycanda işəgötürənlərin gənc mütəxəssislərin işə qəbulunda diqqət yetirdiyi meyarları, təhsil konsepsiayaları ilə məşğulluq arasında əlaqəni təhlil etmək, məzunların məşğulluğunun təminin edilməsinin praktiki həll yollarını müəyyən etməkdir.
Tədqiqatın metodologiyası. Tədqiqat zamanı müşahidə, şifahi və anket sorğusu, təhlil, müqayisə metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti. Məzunların əmək bazarında işlə təmin edilməsinin artırılması üçün təklif edilən institusional və digər mexanizmlər təhsil müəssisələri, işəgötü-rənlər və dövlət məşğulluq xidmətləri tərəfindən istifadə edilə bilər.
Tədqiqatın nəticələri. Öyrənilən məsələlərin təhlili göstərir ki, məzunların məşğulluq probleminin tənzimlənməsi bir çox hallarda təhsil konsepsiyaları ilə bağlıdır. Məzunların işlə təmin edilməsinin artırılması üçün yeni mexanizmlərə ehtiyac var.
Tədqiqatın orijinallığı və elmi yeniliyi. Məzunların işə düzəlməsinin idarə edilməsinin təşkili ilə əlaqəli təklif edilən mexanizmlər ölkəmiz üçün yenidir.
Açar sözlər: məzun, gənc mütəxəssis, işəgötürən, əmək bazarı, təhsil, məşğulluq.