İşğaldan azad edilmiş ərazilərdə aqrar sahənin perspektiv inkişaf istiqamətləri

Tədqiqatın məqsədi - Azərbaycanın 30 il ərzində Ermənistanın təcavüzü nəticəsində işğalda qalmış və müzəffər ordumuz tərəfindən işğaldan azad edilmiş ərazilərdəki (İAEƏ) aqrar sahənin vəziyyətini qiymətləndirməkdən, həyata keçirilməli olan tədbirləri müəyyənləşdirməkdən və  sosial-iqtisadi inkişaf hədəflərinə dair təkliflər hazırlamaqdan ibarətdir.

Tədqiqatın metodologiyası – tədqiqat Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi tədbirlər, ölkənin tənəzzüldən dinamik inkişafa aparan hüquqi bazanın yaradılması, bir sıra ardıcıl və sistemli əlaqələrin təhlili əsasında aparılmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqatın əsas müddəalarından və əsaslandırılmış təkliflərdən İAEƏ-in sosial-iqtisadi inkişaf proqramları və tədbirləri hazırlanmasında istifadə oluna bilər.

Tədqiqatın nəticələri – İAEƏ-in sosial-iqtisadi inkişafı üçün Azərbaycanda qazanılmış müsbət təcrübələrdən istifadə etməklə Qarabağda aqrar istehsalın yeni texnika və texnolo-giyalar əsasında inkişafına nail olmaq olar. Nəzərdə tutulan təkliflərin həyata keçirilməsi nəti-cəsində bu ərazilərdə modern aqrar istehsal və emal müəssisələri, ixtisaslaşdırılmış koopera-tivlər yaratmaq olar.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – məqalədə Azərbaycanın İAEƏ-də aqrar sahənin inkişafı üç amil əlaqəli nəzərə alınmaqla araşdırılır: birinci, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etmişdir və uzun müddət formalaşmış iqtisadi əlaqələr pozulmuşdur;  ikincisi, 1988-1993-cü illərdə Ermənistanın quldur silahlıları ərazilərimizin 20 faizini işğal etmişdi. Nəticədə ölkədə bir milyondan çox soydaşlarımız köçkün və qaçqın vəziyyətinə düşmüşdür. Onlar 60-dan çox rayon və kəndlərdə məskunlaşmağa məcbur olmuşlar; Üçüncüsü, 1994-1995-ci illərdə heç bir təcrübə və hüquqi baza olmadan aqrar islahatlar həyata keçirməyə başlandı. Uzun müddət formalaşmış təsərrüfat formaları ləğv edilərək torpaq və əmlak istehsalçılara paylandı, müəssisələr, fabriklər, zavodlar və xidmət təşkilatları özəlləş-dirildi. Müəllif bu amillərin nəzərə alınmasını və qazanılmış müsbət təcrübədən bəhrələnmə-yin əhəmiyyətini qeyd etməklə, konkret faktlara əsaslanaraq məqsədli proqram və layihələr hazırlamaqla təcrübi əhəmiyyətli təkliflər irəli sürmüşdür.

Açar sözlər: işğaldan azad edilmiş ərazilər, investisiya, ehtiyatlar, istifadəçilər, hədəflər, islahatlar.

 

Fayl

PDF

Buraxılış

№1 - 2021

Müəllif

İbrahimov İslam Hacı oğlu