Tədqiqatın məqsədi – bazar iqtisadiyyatı modeli seçmiş ölkələrdə iqtisadi inkişafda mühüm rol oynayan sahibkarlıq fəaliyyəti ilə bağlı dünya ölkələrinin və Azərbaycanın sahibkarlıq fəaliyyətini dəstəkləyən dövlət siyasətləri və proqramları araşdırılmışdır.
Tədqiqatın metodologiyası – tətqiqat işi tətbiq edilən sahibkarlığa dəstək dövlət siyasətləri və proqramları araşdırma, təhlil və qiymətləndirmə kimi tədqiqat üsulları əsasında yerinə yetirilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - dünya təcrübələrini nəzərə alsaq sahibkarlıq fəaliyyətinin inkişaf strategiyalarında getdikcə daha çox yer tutduğunu görə bilərik. Bunun səbəbi də, sahibkarlığın ölkə iqtisadiyyatın inkişafında böyük rola sahib olmasından irəli gəlir.
Sahibkarlığın inkişafı üçün dünya təcrübəsi də nəzərə alınmalı və dövlət siyasəti və proqramları düzgün və səmərəli hazırlanaraq, tətbiq edilməlidir.
Tədqiqatın nəticələri – sahibkarlığın inkişafı ilə əlaqədər olaraq həyata keçirilən dövlət siyasətində müsbət işlər görülmüşdür. Atılan addımların effektivliyinin yüksəldilməsi üçün sahibkarlıqla bağlı dəstək tədbirləri artırılmalı və bu sahənin inkişafına güclü dövlət nəzarəti olmalıdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – ondan ibarətdir ki, tədqiqatda dünya ölkələrinin sahibkarlıqla bağlı təcrübəsi araşdırılmış və Azərbaycanda dövlət siyasətinin prioritetlərindən olan sahibkarlıq subyektlərinin inkişafına töhfə verə biləcək bəzi fikirlər qeyd edilmişdir.
Açar sözlər: sahibkarlıq, siyasət, proqramlar, yenilik.