Tədqiqatın məqsədi - müasir dövrdə Azərbaycanda milli iqtisadiyyatın formalaşması digər məsələlərlə yanaşı sahəvi tənzimləmə məsələlərinində aktuallığını ifadə etməkdədir. Məzmunca bu tənzimləmə özündə kifayət qədər geniş tərkibə malik istiqamətləri birləşdirməkdədir. Belə ki, mövcud şəraitdə dövlətin sahəvi tənzimləmədə rolunun lazımi səviyyədə qiymətləndirilməsi də zəruri məsələlərdən hesab olunmaqdadır. İnzibati amirlik sisteminin uzunmüddətli bərqərar olması və müstəqillik “parametrləri” ilə uyğunsuzluq təşkil etməsi iqtisadiyyatın ümumi mənzərəsi ilə yanaşı ayrı-ayrı sahələr üzrə fəaliyyətin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinə baxışın yenilənməsini tələb edir və milli iqtisadiyyatın inkişaf xüsusiyyətlərini, perspektivlərini nəzərə alan mükəmməl və çevik dövlət tənzimlən-məsi sisteminin yaradılmasını nəzərdə tutur.
Tədqiqatın metodologiyası- sistemli və kompleks yanaşma, müqayisəli təhlillərdən həmçinin müasir dövrdə sahələr üzrə dövlət tənzimlənməsinin səmərəlilik problemləri üzrə metodoloji yanaşmalar və üsullardan ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqatda verilmiş materiallardan və əldə olunmuş nəticələrdən Azərbaycan iqtisadiyyatında sahələr uzrə idarəetmədə regional xüsusiyyətlər və milli iqtisadi maraqların təmin olunması problemlərinin həlli üzrə sistemli tədbirlərin, kompleks yanaşmaların hazırlanmasında istifadə oluna bilər.
Tədqiqatın nəticələri – sahələr üzrə diversifikasiya və regional spesifikliyin artdığı, iqtisadi inteqrasiyanın genişləndiyi və qloballaşdığı bir şəraitdə dövlətin iqtisadi tənzimlən-məsinin bütün istiqamətləri üzrə təsirli mexanizmlərin, tövsiyə və təkliflərin hazırlanmasıdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində sahələr uzrə dövlət tənzimlənməsinin mövcud problemləri istiqamətində əsaslı araşdırmalar aparılmış, regional iqtisadi əlaqələrin tənzimlənməsi üzrə mühüm problemlər və onların mahiyyəti açıqlanmışdır. Dövlət tənzimlənməsi üsulları və onların səmərəlilik məsələləri sistemli şəkildə tədqiq olunmuş və iqtisadi inkişaf proseslərində onların strateji əhəmiyyəti əsaslandırılmışdır.
Açar sözlər: iqtisadi sahə, sahəvi tənzimləmə, tənzimləmə siyasəti, regional iqtisadiyyat, regional tənzmləmə, milli iqtisadiyyat.