Regionlarda aqroparkların inkişaf perspektivləri

Tədqiqatın məqsədi - aqrar sektorun inkişafında regionlarda aqroprakların yaradılma-sının strateji əhəmiyyətini tədqiq olunmaqla aqroparkların yaradılmasını zəruri edən amilləri təhlil etməklə məşğulluğun artırılmasında, kənd təsərrüfatı məhsullarına daxili tələbatın təmin olunması və ixrac potensialının artırılmasında aqroparkların  rolunu müəyyən etməkdən iba-rətdir. Respublikanın qida təhlükəsizliyin formalaşmasında aqrar sahənin inkişafının strateji əhə­­miyyəti və aqroparkların inkişaf zəruriliyi əsaslandırılmışdır. Aqro­park­ların formalaşdırılma-sında dünya təcrübəsinin tətbiqi mexanizmləri təhlil edilir və texnoloji yeniliklərin reallaşdırıl-masına dair tətbiqlərin təkmilləşdirilməsi problemlərinə baxılır.

Tədqiqatın metodologiyası - tədqiqat “Azərbaycan Respublikasında Aqroparkların Yaradılması” na dair Fərmana, “Azərbaycan Respublikasında kənd tə­sərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə, müvafiq normativ sənədlərə, aqrar iqtisadçı alimlərin və elmi-təd­qi­qat­çıların araşdırmalarına uyğun aparılmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatın əsaslı  müddəalarından və araşdırılmış əsaslı tək­lif­lərdən regionlarda kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, ixrac hesabına sə­mə­rə­li­liyini yüksəltmək üçün iqtisadi təsir vasitələrinin tətbiqinin təkmilləşdirilməsində istifa­də oluna bilər.

Tədqiqatın nəticələri – aqrar sektorun inkişafı istiqamətlərinin və mövcud problem-lərin müəyyən olunması, onların problemlərin həlli yolları baxımından əsaslı yanaş­ma­la­rdan və müvafiq təkliflərdən aqrar parkların yaradılmasında istifadə etmək olar.

Məqalədə müvafiq məqsədlərə uyğun araşdırmalar nəticəsində kənd təsərrüfatında həll edilməmiş problem­lə­rin aradan qaldırılması hesabına aqrar sektorun inkişafına nail olmaq olar.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində qoyulan problemlər üzrə müx­tə­lif tədqiqatçıların elmi əsərlərinə istinad olunmuşdur, bu və ya digər məsələlərə müəllif təxəyyülü üs­tün­lük təşkil edir. Tədqiqatın elmi yeniliyi əsas etibarı aqrar sahənin sə­mərəlili-yinin yüksəldilməsinə müasir baxışların təmin edilməsi və bu mexanizmlərin yeni aqroparklar modelinin çağırışlarına uyğun şəkildə təkmilləşdirilməsinin vacibliyinin əsas­lan­dı­rıl­ma­sı­dır.

Aqroparkların yaradılması və idxal-ixracın iqtisadi tən­zim­lənməsi, kənd təsərrüfatının inkişafına dair Dövlət Proqra­mı­nın rolu qiymətləndirilmişdir. Tədqiqatda kənd təsərrüfatı istehsalı və emalında infrastrukturun yaxşılaşdırılması, istehsal və emal sahə­sin­də innovativ texnologiyaların tətbiqi, istehsal və ixracın stimullaşdırılmasının təkmilləş­di­ril­məsi istiqamət-ləri barədə təkliflər verilir. Araşdırmalar konkret faktlara və mövcud normativ hüquqi sənəd-lərə əsaslanır. Məqalədə kənd təsərrüfatının inkişafının qeyri-neft məhsullarının ixracının artırılmasına təsiri qiymətləndirilmiş, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracının artırılmasına aqroparkların yaradılmasının təsiri istiqamətləri barədə təkliflər hazırlanmışdır.

Açar sözlər: aqropark, kənd təsərrüfatı, məşğulluq, idxal,  ixrac, emal, rəqabət.

Fayl

PDF

Buraxılış

№4 - 2020

Müəllif

İsmayılov Elşən Ellaz oğlu