Tədqiqatın məqsədi - Azərbaycan Respublikası iqtisadiyyatının Strateji Yol Xəritə-sində turizmin prioritet sahəyə çevrilməsi üçün iri miqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dünya iqtisadiyyatı müstəvisində respublikada turizmin rekreasiya potensialından və mövcud infrastrukturadan səmərəli istifadə etmək istiqamətlərini əsaslandırmaq, milli xüsusiyyətləri nəzərə almaqla onun inkişafının təşkilati-iqtisadi mexaniz-minin təkmilləşdirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr hazır-lamaqdan ibarətdir.
Tədqiqatın metodologiyası – məqalənin yazılmasında, yeni istiqamətlərin əsaslandırılmasında müşahidə, müqayisə, dialektik yanaşma, iqtisadi-statistik araşdırmalar və digər üsullardan istifadə edilmişdir.
Tədqiqat tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, işdə əldə olunmuş nəticələr və irəli sürülən təkliflər Azərbaycanda və onun regionlarında sosial-iqtisadi inkişafın sürətlən-dirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ölkədə məşğulluğun artması ilə bağlı tədbirlərin həyata keçirilməsində istifadə edilə bilər.
Tədqiqatın nəticələri - məqalədə qloballaşma proseslərinə uyğun olaraq dünya təsərr-üfatında baş verən dəyişikliklərin təsiri altında milli dövlətlərdə iqtisadiyyatın sahələ-rində, o cümlədən turizmin inkişafında baş verən meyllər öyrənilir, konkret tövsiyələr irəli sürülür.
Tədqiqatın orijinallığı və elmi yeniliyi:
- dünya turizminin qlobal miqyasda insanların həyatına və milli iqtisadiyyatların sosial-iqtisadi inkişafında yüksələn rolu əsaslandırılmışdır;
- diversifikasiya şəraitində milli iqtisadiyyatda turizmin inkişaf xüsusiyyətləri və ilkin şərtləri müəyyənləşdirilmişdir;
- dünya turist bazarının respublikamızda turist bazarının və onun maddi-texniki baza-sının inkişafında yeri qiymətləndirilmişdir.
Açar sözlər: turizm, meyllər, milli iqtisadiyyat, qloballaşma, amillər, gəlirlər, məşğul-luq, səmərəlilik.