“Gəncə-Qazax” iqtisadi rayonunda aqroturizm potensialının qiymətləndirilməsi

Tədqiqatın məqsədi – bazar münasibətləri şəraitində qeyri-neft sektorunun əsas sahələ-rindən biri olan aqroturizmin “Gəncə-Qazax” iqtisadi rayonunda potensialını aşkara çıxarmaq, iqtisadi rayonda mövcud ehtiyatlardan səmərəli istifadə istiqamətlərini müəyyən etməkdən ibarətdir.

Tədqiqatın metodologiyası – sistemli və kompleks təhlil əsasında, aqroturizm ehtiyat-larının qiymətləndirilməsinə metodoloji yanaşmalar və bu istiqamətdə dünya təcrübəsinin mühüm prinsipləri, müxtəlif tədqiqatçıların elmi əsərlərində verilmiş elmi müddəalardan ibarətdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqatda alınmış nəticələrdən, irəli sürülən təklif-lərdən turizmin inkişafı və idarə edilməsi mexanizimlərinin təkmilləşdirilməsində, aqro-turizmin inkişafı tədbirlərinin hazırlanmasında istifadə edilə bilər.

Tədqiqatın nəticələri – aqroturizm inkişafı və formalaşdırılmasına dair yeni yanaş-maları qiymətləndirmək, müvafiq tövsiyə və təkliflər hazırlamaqdan ibarətdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – aqroturizmin “Gəncə-Qazax” iqtisadi rayonunda möv­cud potensialları aşgarların, problemə müəllif yanaşmaları əsasında potensiallar qiymət­ləndi­rilir. Məqalədə iqtisadi rayonunun ticarət və iaşə fəaliyyəti, turizm xidmətləri, bank xidmətlərinin mövcud durumu və aqroturizmdə rolu qiymətləndirilir, müvafiq təkliflər irəli sürülür.

Açar sözlər: aqroturizmin inkişafı, regional potensial, dünyada aqroturizm təcrübəsi, re­gi­on­ların maliyyələşdirilməsi.

Fayl

PDF

Buraxılış

№4 - 2020

Müəllif

Musayev Ceyhun İskəndər oğlu