Tətqiqatın məqsədi: nəzəri və metodoloji yanaşmaların və sənaye müəssisələrinin innovativ inkişafı üçün mövcud təşkilati və iqtisadi mexanizmlərin öyrənilməsidir.
Tətqiqatın metodologiyası: sənaye müəssisələrinin innovasiya inkişafı üçün təşkilati və iqtisadi mexanizmlərin formalaşması və tətbiqindən ibarətdir
Tətqiqatın tətbiqi əhəmiyyəti: nəticələrinin tətbiq olunan innovativ funksiyaların məh-suldarlığının artırılmasına, innovativ inkişafın təşkilati və iqtisadi mexanizmlərinin effek-tivliyinə, innovativ məhsulların strukturunun genişləndirilməsinə və sənaye müəssisələrinin rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərə bilməsi ilə bağlıdır.
Tətqiqatın nəticələri: Azərbaycanın sənaye müəssisələrində innovasiya strategiyasının tətbiqi üçün əsas mexanizmlər təklif olunur.
Tədqiqatın orijinallığı və elmi yeniliyi: sənaye müəssisələrinin innovativ inkişafının təşkilati və iqtisadi mexanizmlərinin nəzəri, metodoloji və praktiki məsələlərinə yanaşma tərzidir.
Açar sözlər: innovasiya fəaliyyətinin tətbiqi, innovasiya siyasəti, innovasiya aktivliyi, sənaye müəssisələri, innovasiya strategiyasının mexanizmləri, innovativ mühit.