Azərbaycanın sənaye siyasətinin xüsusiyyətləri

Tədqiqatın məqsədi - Azərbaycanın sənaye siyasətinin mahiyyətini öyrənmək, müasir şəraitdə onun həyata keçirilməsinin xüsusiyyətlərini müəyyənləşdirməkdir. Bu məq-sədə çatmaq üçün aşağıdakı vəzifələr həll edildi: sənaye siyasətinin formalaşmasının xüsusiyyətləri müəyyənləşdirildi, Azərbaycanda sənaye istehsalının inkişafının mövcud vəziyyəti təhlil edildi, sənaye siyasətinin həyata keçirilməsi prosesinin təkmilləşdirilməsi üçün tədbirlər təklif edildi.

Tədqiqatın metodologiyası - statistik analiz və dinamik müqayisələr metodlarından istifadə edərək sənaye siyasəti sahəsində xarici alimlərin əsərlərinə əsaslanır.

Tədqiqatın tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, tədqiqatın əsas nəticələri sənaye siyasətini tənzimləyən tədbirlərin hazırlanmasında istifadə oluna bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - milli sənaye siyasətinin əsas məqsədi, bu məqsədə çatmaq üçün yollar müəyyənləşdirib, sənaye siyasətinin əsas prioritetləri və hərəkət-verici qüvvələri nəzərdən keçirilib.

Açar sözlər: sənaye siyasəti, qeyri-neft sektoru, sənaye istehsalı, rəqabətqabiliyyətlilik, investisiyalar.

Fayl

PDF

Buraxılış

№4 - 2020

Müəllif

Həmidova Lalə Adil qızı