Əmək resurslarının beynəlxalq mobilliyinin statistik göstəricilər sistemi və onların formalaşma mənbələri

Tədqiqatın məqsədi - əmək resurslarının beynəlxalq mobilliyinin statistik göstəricilər  sistemini təhlil ertmək və onların formalaşma mənbələrini müəyyən etməkdir. Tədqiqat zama-nı bu problemə dair nəzəri və praktiki yanaşmalar təhlil edilib, bu sahədə beynəlxalq təcrübə-nin öyrənilməsi əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

Tədqiqatın metodologiyası – işdə təhlil, müqayisə, qruplaşdırma  və analogiya metod-larından istifadə olunur. Tədqiqatda müəllif tərəfindən əmək resurslarının beynəlxalq mobil-liyinin xüsusiyyətləri şərh edilməsi üçün istifadə olunan statistik göstəricilər sistemi və onların formalaşma mənbələri müqayisə edilərək dəqiqləşdirilmişdir. Müxtəlif ölkələrin əmək resurslarının beynəlxalq mobilliyinin təyini üçün istifadə edilən statistik göstəricilər təhlil edərək sistemləşdirilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - əmək resurslarının beynəlxalq mobilliyinin tənzim-lənməsinə dair müxtəlif ölkələrin statistik göstəricilər sistemi və onların formalaşma mənbə-ləri üzrə təcrübəsini öyrənərək ümumiləşdirmə aparmaq, ölkəmizdə bu problemin tənzim-lənməsində istifadə edilməsidir.

Tədqiqatın nəticələri - əmək resurslarının beynəlxalq mobilliyini əks etdirən statistik göstəricilər və onların formalaşma mənbələri, o cümlədən Azərbaycan üzrə əmək miqrasiya-sını müəyyən etmək üçün istifadə edilən göstəricilərin istiqaməti müəyyən edilmişdir, statistik göstəricilər sistemi və onların formalaşma mənbələri qiymətləndirilmişdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - əmək resurslarının beynəlxalq mobilliyinin Azərbaycanın sosial-iqtisadi inkişafına müsbət və mənfi təsirinin müəyyən edilməsi üçün istifadə edilən statistik göstəricilərdə mövcud olan çatışmazlıqların təyin edilməsidir.

Açar sözlər: əmək resurslarının mobilliyi, miqrasiya, əmək bazarı, beynəlxalq təcrübə, tənzimləmə.

Fayl

PDF

Buraxılış

№4 - 2020

Müəllif

Hüseynova Elnurə İlqar qızı