Müəssisənin fəaliyyət səmərəliliyinin qiymətləndirilməsinin Azərbaycan təcrübəsi

Tədqiqatın məqsədi – səmərəliliyin iqtisadi mahiyyətini öyrənərək Azərbaycanda müasir iqtisadi konyunktura uyğun qiymətləndirilməsi üçün istifadə olunan qaydalarda əks olunan göstəricilərin elmi mahiyyətini araşdırmaq, analitik əhəmiyyətini konkretləşdirmək və xüsusiyyətlərini tədqiq etməkdir.

Tədqiqatın metodologiyası – sistemli yanaşma, məntiqi ümumiləşdirmə, təhlil, müqa-yisə və qruplaşdırma  üsullarından ibarətdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – ölkəmizdə səmərəliliyin qiymətləndirilməsi qaydala-rına elmi-tənqidi aspektdən yanaşılaraq metodikanın yalnız nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər üçün yox, həmçinin özəl sektorda fəaliyyət göstərən subyektlər üçün tətbiq edilməsinə, habelə qaydaların tətbiqi zamanı nəticələrin interpretasiyasında mövcud ola bilə-cək ziddiyyətlərin aradan qaldırılmasına imkan yaradır.

Tədqiqatın nəticələri – müəyyənləşdirilmiş səmərəlilik göstəricilərin bir neçəsi iqtisadi ədəbiyyatda qeyd olunan adından və formulundan fərqli göstərilmişdir. Analitikliyin yüksəl-dilməsi üçün bəzi göstəricilərin elementləri dəyişdirilməli, maliyyə və vergi uçotu arasındakı konkret fərqlər təhlil prosesində nəzərə alınmalıdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi –  məqalədə səmərəliliyin iqtisadi mahiyyəti və qiymətləndirilməsinə yanaşmalar öyrənilmiş, müəyyənləşdirilmiş səmərəlilik göstəricilərinin yerli və xarici mənbələrdə qeyd olunan göstəricilərlə müqayisə edilərək, analitikliyinin artı-rılması istiqamətləri müəyyənləşdirilmişdir.

Açar sözlər: EBİTDA, dövriyyə, likvidlik, maliyyə dayanıqlığı, rentabellik, əmək re-surslarından istifadə.

Fayl

PDF

Buraxılış

№4 - 2020

Müəllif

Zeynallı Elay Cəlal oğlu