Uçotun rəqəmsallaşması - yeni sənaye inqilabının tələbidir

Tədqiqatın məqsədi - rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi dövrdə uçot əməliy-yatlarının elektronlaşması istiqmətlərinin təhlili və müxtəlif rəqəmsal texnologiyalardan istifadənin xüsusiyyətlərinin araşdırılması.

Tədqiqatın metodologiyası - tədqiqat işində müqayisəli təhlil, məntiqi ümumiləşdirmə, sistemli yanaşma, analiz  metodlarından istifadə edilib.

Tədqiqatın tətbiqi əhəmiyyəti – hazırda iqtisadiyyatın sürətlə rəqəmsallaşması  iqtisa-diyyatın bütün sahələrinə təsir etməklə uçot proseslərinin də elektronlaşdırılmasını zəruri edir. Bu baxımdan tədqiqatda araşdırılmış əsaslı təkliflər şirkət və müəssisələrdə rəqabətqabiliy-yətliliyinə nail olmaq, əməliyyat xərclərinə və vaxta qənaət etmək, əməliyyatların səmərəlili-yini yüksəltmək üçün innovativ həllər kimi qiymətləndirilə və tətbiq edilə bilər.

Tədqiqatın nəticələri – tədqiq edilən məsələlər və bir sıra faktlar onu göstərir ki, Dördüncü Sənaye İnqilabı texnoloji yeniliklərin tətbiqini sürətləndirməklə dünya iqtisa-diyyatında ciddi dəyişikliklərə, yeni meyllərin yaranmasına səbəb olmuşdur. Tədqiqatda bu yeniliklərə uyğunlaşmaq və onun yaratmış olduğu çətinlikləri aradan qaldırmaq üçün mövcud potensial və perspektiv istiqamətlər barədə təkliflər verilmişdir.

Tədiqiqatın orijinallığı və elmi yeniliyi – sənayenin rəqəmsallaşması, elektron ticarə-tin sürətlə artması şəraitində müəssisə və təşkilatlarda maliyyə-uçot əməliyyatlarının rəqəm-sallaşmasının zəruriliyi əsaslandırılaraq bir sıra innovativ texnologiyaların istifadəsi tövsiyə olunmuş, həmin texnologiyaların xüsusiyyətləri, istifadəsinin tətbiqi mexanizmləri müəyyən edilmişdir. Eyni zamanda rəqəmsallaşmanın və tövsiyə edilən yüksək texnologi-yaların birgə fəaliyyət formaları üçün əhəmiyyəti və təsirləri müəyyənləşdirilmişdir.

Açar sözlər: rəqəmsal iqtisadiyyat, rəqəmsal texnologiyalar, elektron uçot, bulud tex-nologiya, blokçeyn, böyük verilənlər.

Fayl

PDF

Buraxılış

№4 - 2020

Müəllif

Heydarov Cavidan Rəsul oğlu