Daxili audit fəaliyyətində səmərəlilik göstəricilərinin ölçülməsi

Tədqiqatın məqsədi - bu məqalənin məqsədi daxili audit fəaliyyətinin qiymət­lən­di­ril­mə­si üçün ən mühüm metodikanı təqdim etmək, KPI haqqında zəruri bilikləri və Universitet müəl­liminin elmi və pedaqoji fəaliyyətinin KPI tətbiq etməklə qiymətləndirilməsi üçün prak­tik nümunələri təqdim etməkdir. Daxili audit, səhmdarlar qarşısında şirkətin risklərinin idarə edilməsinə, daxili nəzarətə, idarəetmə prosesləri üzrə hesabat verməyə və bütövlükdə şirkətin biznes dəyərinin yüksəldilməsinə görə məsuliyyət daşıyır.

Tədqiqatın metodologiyası – araşdırılan problemə sistemli və kompleks yanaşma, ha­belə müasir dövrdə təhsil müəssisələrində fəaliyyət göstəricilərinin müqayisəli təhlili, ümu­mi­ləş­dirilməsi və qiymətləndirilməsi ilə bağlı metodlardan ibarətdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti. Daxili auditin səmərəliliyi, öz funksiyaları üzrə fəaliy­yə­tini nümayiş etdirmək üçün hazırlanmış bəzi əsas fəaliyyət səmərəliliyi göstəriciləri (KPI) ilə qiymətləndirir. Əvvəlcədən təyin edilmiş uzunmüddətli hədəfləri ifadə edən bu göstə­ri­ci­lər, şirkətlərin fəaliyyətlərində nə qədər uğurlu olduqlarını qiymətləndirmək və fəaliyyət sə­mə­rəliliyini yüksəltmək üçün istifadə etdikləri maliyyə və qeyri-maliyyə göstəricilərindən iba­rət­dir. Beynəlxalq bazarlarda uğur əldə edən şirkətlərin təcrübəsinin öyrənilməsi onu deməyə əsas verir ki, şirkətin fəaliyyət səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə ediləcək gös­tə­ri­cilərin (KPİ) düzgün seçilməsi böyük əhəmiyyətə malikdir.

Tədqiqatın nəticələri - Əsas fəaliyyət səmərəliliyi göstəriciləri müəssisələrin işlərində nə qədər müvəffəq olduqlarını sübut etməyə kömək edir. Fəaliyyət səmərəliliyinin ölçülməsi rəh­­bərlik tərəfindən rahat şəkildə izlənilə bilir. Və beləliklə fəaliyyət səmərəliliyinin öl­çül­mə­si vasitəsilə müəssisələr öz resurslarından daha səmərəli istifadə etməklə daha yüksək mənfəət əldə edir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - Bütövlükdə qlobal rəqabətin indiki şəraitində prosesin təşkili müştəri yönümlülüyünü və zəruri rahatlığı tələb edir. Bu isə öz növbəsində sistemin səmərəliliyi və ya fəaliyyət səviyyəsini ölçmək üçün KPI-rı zəruri edir. Təhsil müəs­si­sələrində fəaliyyət səmərəliliyinin ölçülməsi meyarları tətbiq edilmişdir. Bu meyarların tət­bi­qi, pedoqoji heyətin fəaliyyət səmərəliliyinin ölçülməsinə və son olaraq təhsildə keyfiyyətin yük­səldilməsinə münbit şərait yaradacaqdır.

Açar sözlər — daxili audit, əsas fəaliyyət səmərəliliyi göstəriciləri (KPI-key perfor­mance indicator), daxili audit fəaliyyətinin səmərəliliyi, Balansladırılmış kart (BSC-balanced scorecard).

 

Fayl

PDF

Buraxılış

№3 - 2020

Müəllif

Cabbarov Ayətulla Suvahil oğlu

Adilli Abdullah Nazim oğlu