Sahibkarliğın formalaşdığı şəraitdə xarici bazarlara çıxış imkanlarının asanlaşdırılması istiqamətləri

Azərbaycan Respublikası prezidentinin 29.01.2019 cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023 cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı ”nda sahibkarlığın inkişafı, məhsul və xidmət istehsalı, satışı və istehsal va­si­tələri bazarında rəqabət mühitinin daha da sağlamlaşdırılması, maliyyə resurslarına və ba­za­ra çıxış imkanlarının asanlaşdırılması və digər istiqamətlərdə kompleks işlərin görülməsi nə­zər­də tutulmuşdur. Hazırda Azərbaycan Respublikasının xarici-iqtisadi siyasəti modelinin əsas xüsusiyyətlərindən biri, ilk növbədə ixracyönlü mal və xidmətlərin həcmini artırmaq və çe­şidini genişləndirmək, eyni zamanda həmin məhsulların idxalın məhdudlaşdırmaqla ixrac və idxal arasındakı balansın optimallaşdırılmasıdır. Araşdırmalar göstərir ki, ölkəmizin xarici ti­carət balansı uzun illərdir sabitdir və  müsbət saldoya malikdir. Bu müsbət saldonun əldə edil­məsi əsasən neft sektorunun, neft-qaz ixracının hesabına formalaşmışdır. Xarici ticarət döv­riy­yəsinin strukturunu və balansını araşdırdıqda görmək olar ki, ölkəmiz ümumi ticarət ba­lansı müsbət olsa da  istehlak malları üzrə idxal- ixrac əməliyyatlarının struktrunu heç də müs­bət balansa malik olmamışdır. Belə ki, istehlak malları üzrə ixrac-idxal əməliyyatlarının struk­turunda idxal ixracı üstələyir, yəni mənfi saldodur. Bütün bunlar, xarici ticarət üzrə fəa­liy­yətin daha səmərəli istiqamətlərinin təşkilini, xüsusi ilə istehlak malları üzrə ixrac-idxal əmə­liyyatlarının strukturunun təkmilləşdirilməsini, daha optimal proqnozlaşdırılmaların apa­rıl­masını, ümumilikdə istehlak malları üzrə ixrac-idxal əməliyyatlarının iqtisadi sə­mə­rə­li­li­yinin artırılmasını zəruri edir. Bu ölkədə marketinq strategiyasının və bazarlara çıxış imkan­la­rı­nın düzgün müəyyənləşdirilməsini şərtləndirir.

Azərbaycanda istehlak mallarının ixrac-idxal əməliyyatlarının iqtisadi səmərəliliyinin ar­tı­rılması üçün kompleks və sistemli yanaşmanın təmin edilməsi əsas şərtlərdən biridir. Bu məq­­sədlə ixrac və idxalın orta struktur dəyişiklikləri göstəricilərinə alternativ olaraq təd­bir­lə­rin görülməsi vacibdir.Yəni sahibkarların ixrac və idxal etdiyi istehlak mallarının çe­şidinin, həm­çinin coğrafi strukturnun dəyişdirməsi, daha əlverişli xarici-iqtisadi əlaqələr qurması, ölkələr qrupunu müəyyənləşdirilməsi vacibdir. Bundan əlavə,sahibkarlar  ixrac üzrə daha çox val­yuta  gətirmək potensialına malik olan mal qruplarına üstünlük verilməlidir. Azərbaycan Res­publikası prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Res­publikasının milli iqtisadiyyat prespektivi üzrə Strateji Yol Xəritəsi”ndə GZİT təhlili apa­rıldığı və ölkədə “sahibkarlığın inkişafına, ixracın stimullaşdırılmasına, iqtisadiyyatın şaxə­lən­dirilməsinə və əlverişli investisiya mühitinin yaradılmasına dövlət dəstəyi ” olduğu güclü tərəf kimi və ya üstün cəhət kimi göstərilmişdir.Buna baxmayaraq, idxal və ixrac əmə­liy­yat­la­rı­nın səmərəlilik göstəriciləri diqqətlə araşdırılmalı, ölkəmizin iqti­sa­di inkişaf xüsusiyyətləri  nə­zərə alınmalı, idxal və ixracın strukturnun optimallaşdırılması, xüsusilə istehlak malalrı üzrə xarici ticarətdə idarəetmənin iqtisadi-təşkilati problemlərin həll edilməsi hesabına xarici ticarətin idarəetməsinin səmərəliliyi təmin olunmalıdır.

Açar sözlər: sahibkarlıq, idxal-ixrac, marketinq strategiyası, rəqabət, xarici ticarət. 

Fayl

PDF

Buraxılış

№2 - 2019

Müəllif

Qurbanov Aqil Abid oğlu