Tədqiqatın məqsədi – sənaye ittifaqlarının strateji idarəetmə məsələlərini araşdırmaq, bu sahədə fəaliyyətin icrasının daha təkmil texnologiyasına nail olmaqdır. Məqalədə ölkədə gedən sənayeləşmə prosesinin sürətləndirilməsi, habelə inkişafı məqsədilə sənaye ittifaqla-rının formalaşdırılması və onların idarə edilməsinin müasir texnologiyalarının tətbiqi məsələ-ləri tədqiq olunmuşdur. Bu məqsədlə, sənaye müəssisələrində strateji idarəetmə konsepsiyası və onun təkmilləşdirilməsi məsələlərinin elmi izahı geniş yer alır.
Tədqiqatın metodologiyası - məqalədə sənaye müəssisələrində idarəetmənin həyata keçirilməsinin strateji kombinasiyaları tədqiq edilmiş, onların icrasının təşkilati struktura uy-ğunlaşdırılması məsələləri əsaslandırılmışdır. Məqalədə strateji idarəetmənin alt konsepsiya-larının zəruriliyi və tətbiqinin elmi-praktiki məsələləri şərh edilmiş, bu sahədə bir sıra təkliflər verilmiş, inkişaf istiqamətləri müəyyən edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – alınmış nəticələr və irəli sürülmüş təklif və mülahi-zələr Azərbaycan Respublikasında mövcud olan və yeni yaranacaq sənaye müəssisələrinin idarəetmə fəaliyyətində tətbiq oluna bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – məqalədə sənaye müəssisələrinin idarə edil-məsinin yeni mexanizmi irəli sürülmüş, sənayeləşmə prosesinin daha təkmil və səmərəli aparılmasının modeli, sənaye ittifaqlarının strateji idarə edilməsinin strateji aspektləri təqdim edilmişdir.
Açar sözlər: sənaye, sənaye ittifaqları, sənaye müəssisəsi, strateji idarəetmə, idarəetmə sistemi, təşkilati struktur.