X Ü L A S Ə
Tədqiqatın məqsədi - iqtisadi risklərin mahiyyətinin araşdırılması, onların qiymətləndirilməsi metod və modellərinin sistemli şəkildə təhlil edilməsi və yeni iqtisadi şəraitdə tətbiq imkanlarının müəyyənləşdirilməsidir.
Tədqiqatın metodologiyası - tədqiqatda iqtisadi risklərin qiymətləndirilməsi ilə bağlı mövcud nəzəri yanaşmalar, klassik və yeni elmi mənbələr, eləcə də statistik və analitik metodlar əsasında müqayisəli və sistemli təhlil aparılmışdır.
Tədqiqatın tətbiqi əhəmiyyəti - müəssisələrdə və maliyyə institutlarında risklərin daha düzgün qiymətləndirilməsinə, idarəetmə qərarlarının əsaslandırılmasına və iqtisadi fəaliyyətin səmərəliliyinin artırılmasına şərait yaradır.
Tədqiqatın nəticələri - iqtisadi risklərin qiymətləndirilməsi üçün istifadə olunan əsas metod və modellər müəyyən edilmiş, onların üstün və zəif tərəfləri təhlil edilmiş və hazır dövrün şəraitində daha effektiv yanaşmalar əsaslandırılmışdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - iqtisadi risklərin qiymətləndirilməsinə kompleks yanaşma təqdim edilmiş, klassik və innovativ metodların inteqrasiyası əsasında onların tətbiq imkanları yeni baxış prizmasından qiymətləndirilmişdir.
Açar sözlər: iqtisadi risk, qeyri-müəyyənlik, risklərin qiymətləndirilməsi, risk modelləri, risk menecmenti, statistik metodlar, korporativ maliyyə.