X Ü L A S Ə
Tədqiqatın məqsədi – Azərbaycan Respublikasında qlobal iqtisadi qeyri-sabitlik şəraitində milli iqtisadi təhlükəsizliyin təmin olunması və onun idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərinin öyrənilməsidir.
Tədqiqatın metodologiyası – tədqiqat prosesində sistemli təhlil, müqayisə, iqtisadi modelləşdirmə, eləcə də empirik məlumatların təhlili üsullarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – məqalədə milli iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi üçün dövlət idarəetmə sistemində fiskal sabitlik, valyuta siyasəti, strateji ehtiyatların formalaşdırılması və iqtisadi diversifikasiya istiqamətləri üzrə praktik tövsiyələr hazırlanmışdır.
Tədqiqatın nəticələri – aparılan təhlillər göstərir ki, risk yönümlü idarəetmə yanaşmaları, innovativ texnologiyaların tətbiqi və rəqəmsal iqtisadiyyatın inkişafı milli iqtisadi təhlükəsizliyin dayanıqlığını artırır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqatda qlobal qeyri-sabitlik şəraitində iqtisadi təhlükəsizliyin idarəetmə mexanizmlərinin müasir konseptual modeli təklif edilmiş və beynəlxalq təcrübə ilə milli siyasət arasındakı əlaqə yeni aspektdə sistemləşdirilmişdir.
Açar sözlər: iqtisadi təhlükəsizlik, qlobal qeyri-sabitlik, idarəetmə mexanizmləri, fiskal sabitlik, valyuta siyasəti, milli iqtisadi inkişaf.