QLOBAL MALİYYƏ SİSTEMİNDƏ KREDİT SİYASƏTİNİN FORMALAŞMASI VƏ TƏSİR MEXANİZMLƏRİ: DÜNYA BANKI VƏ BVF-in MÜQAYİSƏLİ TƏHLİLİ

X Ü L A S Ə

Tədqiqatın məqsədi - qlobal maliyyə sistemində kredit siyasətinin iqtisadi sabitliyin təmin olunmasındakı rolunu araşdırmaq və Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondunun (BVF) bu sahədəki strategiyalarını müqayisəli şəkildə təhlil etməkdir. Tədqiqatda əsas diqqət beynəlxalq kredit mexanizmlərinin struktur xüsusiyyətlərinə, bu siyasətin inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan üçün əhəmiyyətinə və qlobal iqtisadi sabitliyə təsirinə yönəldilmişdir.

Tədqiqatın metodologiyası - iqtisadi müqayisə, struktur-təhlil və dinamik statistik analiz üsullarına əsaslanmışdır. Empirik məlumatlar Dünya Bankı, BVF və digər beynəlxalq maliyyə institutlarının 2020–2025-ci illər üzrə hesabatlarına, həmçinin Azərbaycan Respub­likasının rəsmi iqtisadi göstəricilərinə əsaslanmışdır.

 Tədqiqatın tətbiqi əhəmiyyəti - ondan ibarətdir ki, onun nəticələri beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq strategiyalarının hazırlanmasında, borc idarəçiliyi siyasətinin opti­mal­laşdırılmasında və milli iqtisadi dayanıqlığın möhkəmləndirilməsində istifadə oluna bilər.

Tədqiqatın nəticələri - göstərir ki, beynəlxalq maliyyə institutlarının kredit siyasəti qlo­bal iqtisadiyyatın sabitliyinin qorunmasında, fiskal intizamın gücləndirilməsində və sosial rifahın artırılmasında mühüm rol oynayır. Dünya Bankı uzunmüddətli inkişaf və struktur islahatlara fokuslanır, BVF isə qısamüddətli maliyyə sabitliyini və valyuta dayanıqlığını təmin edir. Onların qarşılıqlı fəaliyyəti beynəlxalq maliyyə sisteminin effektivliyini artırır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - ondan ibarətdir ki, burada kredit siyasətinin yalnız borclanma vasitəsi kimi deyil, həm də qlobal iqtisadi idarəetmənin strateji aləti kimi rolu əsaslandırılmışdır. Əlavə olaraq, Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əmək­daşlığının mərhələli inkişafı və bu əlaqələrin “yaşıl” və “rəqəmsal” iqtisadiyyat model­ləri­nin formalaşmasına təsiri elmi şəkildə sistemləşdirilmişdir.

Açar sözlər: beynəlxalq maliyyə institutları, kredit siyasəti, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF), qlobal maliyyə sabitliyi, Azərbaycan iqtisadiyyatı.

http://doi.org/10.59610/bbu1.2026.1.4.

Fayl

PDF

Buraxılış

№1 - 2026

Müəllif

Cavadov Ramiz Cavad oğlu