AZƏRBAYCANIN QİDA SƏNAYESİNDƏ MARKETİNQİN MÜASİR TƏCRÜBƏLƏRİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ

X Ü L A S Ə

 

Tədqiqatın məqsədi - Azərbaycanın qida sənayesində mar­ketinq fəaliyyətlərinin mövcud vəziyyətini qiymətləndirmək, qarşıdakı problemləri müəyyən­ləşdirmək və sahənin dayanıqlı inkişafı üçün perspektiv istiqamətlər irəli sürməkdir.

Tədqiqatın metodologiyası - metodoloji yanaşma statistik göstəricilərin təhlili, aparıcı şirkətlərin (Gilan Holding və Azərsun Holding) fəaliyyəti üzrə müqayisəli analiz və dünya təcrü­bəsi ilə müqayisələr üzərində qurulmuşdur.

Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqat nəticələri müəssisələrə rəqəmsal marketinq alət­lərindən istifadənin genişləndirilməsi, ixrac imkanlarının artırılması və məhsul çeşidinin diver­sifikasiyası kimi praktiki qərarların qəbulunda istiqamətverici ola bilər.

Tədqiqatın nəticələri - aparılan təhlillər göstərir ki, rəqəmsal texnologiyaların tətbiqi, lo­yal­lıq proqramları və ixrac yönümlü strategiyalar müəssisələrin rəqabət qabiliyyətini gücləndirir, maliyyə sabitliyini möhkəmləndirir və bazar mövqelərinin genişlənməsinə imkan yaradır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - bu işin elmi yeniliyi ondadır ki, Azərbaycanın qida sənayesində marketinqin müasir təcrübələri ilk dəfə sistemli şəkildə təhlil olunmuş, həm yerli, həm də beynəlxalq bazar kontekstində inkişaf perspektivləri elmi əsaslarla müəyyən­ləşdirilmişdir.

Açar sözlər: Azərbaycan qida sənayesi, marketinq strategiyaları, rəqəmsal marketinq, is­teh­lakçı davranışları, ixrac və idxal, məhsul diversifikasiyası, rəqabət qabiliyyəti, dayanıqlı in­kişaf.

http://doi.org/10.59610/bbu4.2025.4.10

Fayl

PDF

Buraxılış

№4 - 2025

Müəllif

Əhmədov Zamiq Zabit oğlu