Tədqiqatın məqsədi – Strateji yol xəritəsi çərçivəsində informasiya-kommunikasiya texnologiyalarının idarəetmə problemlərinin aktual aspektlərinin tədqiqindən ibarətdir. Bu məqsədlə informasiya-kommunikasiya texnologiyalarının müasir dövrdə əhəmiyyəti və onun idarəetmə problemləri açıqlanmışdır. İqtisadiyyatın və cəmiyyətin bütün sahələrində informasiya-kommunikasiya texnologiyalarının multiplikativ və məhsuldar təsiri təhlil olunmuşdur. Qlobal iqtisadi çağırışlar şəraitində rəqəmsal iqtisadiyyata keçidin strateji əhəmiyyət kəsb etməsi əsaslandırılmışdır. Aqrar sahədə informasiya-kommunikasiya texnologiyalarının roluna xüsusi diqqət yetirilmişdir. Rəqəmsal iqtisadi mexanizmlərin tətbiqi hesabına aqrar sahənin səmərəliliyinin yüksəldilməsi problemlərinə baxılmışdır. Hazırda icrası davam etdirilən strateji yol xəritəsinə uyğun olaraq informasiya-kommunikasiya texnologiyalarının idarəetmə problemlərinin aktual aspektləri sistemləşdirilmiş və baxılmışdır.
Tədqiqatın metodologiyası – baxılan problemlərə sistemli və kompleks yanaşma, strateji yol xəritəsi çərçivəsində informasiya-kommunikasiya texnologiyalarının idarəetmə problemlərinin aktual aspektləri üzrə metodoloji yanaşmalar və üsullardan ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – əldə edilmiş və əsaslandırılmış nəticələrdən hazırkı şəraitdə aqrar sahədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sayəsində məhsuldarlığın artırılması və rəqabət qabiliyyətli aqrar məhsulların çeşidinin genişləndirilməsi üzrə kompleks tədbirlərin görülməsi və fəaliyyət strategiyasının hazırlanmasında istifadə oluna bilər.
Tədqiqatın nəticələri – yeni qlobal çağırışlar şəraitində aqrar sahənin səmərəliliyinin yüksəldilməsi, bu sahədəki mövcud mexanizmlərin təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının fəal şəkildə tətbiqi üzrə təsirli mexanizmlərin və təkliflərin hazırlanmasından ibarətdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində öyrənilməsi nəzərdə tutulan problemlər istiqamətində dərin təhlillər edilmiş, problemlərə müasir yanaşmalar ortaya qoyulmuş və informasiya-kommunikasiya texnologiyalarının hazırkı şəraitdə tətbiqi ilə bağlı proseslərin idarəetmə problemləri açıqlanmışdır. Strateji yol xəritələrinin hədəflərinə uyğun şəkildə aqrar sahədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsinin vacibliyi əsaslandırılmışdır. Rəqəmsal mexanizmlərin aqrar sahənin müxtəlif fəaliyyət istiqamətlərinə tətbiqinin məhsuldarlığın yüksəldilməsi ilə bağlılığı təhlil olunmuş və qiymətləndirilmişdir. Qlobal iqtisadi çağırışlar şəraitində informasiya-kommunikasiya texnologiyalarının aqrar sahənin səmərəliliyinin yüksəldilməsinə təsiri əsaslandırılmışdır. Baxılan problemlər üzrə aktuallığı ilə diqqət çəkən təkliflər irəli sürülmüş və problemlərin həlli yolları müəyyənləşdirilmişdir.
Açar sözlər: strateji yol xəritəsi, informasiya-kommunikasiya texnologiyaları, aqrar sahə, aqrar sahədə informasiya-kommunikasiya texnologiyaları, aqrar sahədə rəqəmsallaşma, İKT-nin tətbiqinin idarəetmə problemləri, idarəetmə problemlərinin aktual aspektləri.