Tədqiqatın məqsədi – elmi-tədqiqat xidmətlərinin diversifikasiyalaşdırılmasında biznes proseslərinin strateji əhəmiyyətinin tədqiqindən ibarətdir. Bunun üçün elmi-tədqiqat xidmətlərinin müasir dövrdə strateji rolu və əhəmiyyəti, bunlarla bağlı problemlər açıqlanmışdır. Elmi-tədqiqat sahələrinin və müəssisələrinin fəaliyyətinin təşkilində biznes proseslərin səmərəliliyinin mühüm aspektləri araşdırılmışdır. Elmi proseslərin və tədqiqatların nəticələrinin kommersiyalaşdırılması məsələlərinə sistemli yanaşma diqqət mərkəzində saxlanılmışdır. Azərbaycanda elmi-tədqiqatlar istiqamətində aparılan dövlət siyasəti və bu sahələrə yönəldilən maliyyə resursları təhlil olunmuşdur. Ölkədə elmi-tədqiqatlarla məşğul olan təşkilatların və müəssisələrin fəaliyyətində biznes proseslərin intensiv tətbiqinə dair araşdırmalar aparılmışdır. Bazar iqtisadi şəraitində elmi-tədqiqat xidmətlərinin diversifikasiyalaşdırılmasında biznes proseslərin multiplikativ təsiri baxılmışdır.
Tədqiqatın metodologiyası – araşdırılması nəzərdə tutulan problemlərə sistemli və kompleks yanaşma, müasir dövrdə elmi-tədqiqat xidmətlərinin diversifikasiyalaşdırılmasında biznes proseslərinin strateji əhəmiyyətinin səmərəli təşkili ilə bağlı forma və metodlardan ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - alınmış nəticələrdən qlobal vəziyyətin dərinləşdiyi bir dövrdə elmi-tədqiqat xidmətlərinin əhatəsinin genişləndirilməsi, bu istiqamətdə biznes proseslərin təşkili ilə bağlı problemlərin həll olunmasında tədbirlər kompleksinin və fəaliyyət strategiyasının hazırlanmasında istifadə edilə bilər.
Tədqiqatın nəticələri – yaxın və uzaq perspektivdə qlobal çağırışlar və elm texnologiyaların inkişaf kontekstində elmi-tədqiqat xidmətlərinin diversifikasiyalaşdırlıması, bu proseslərdə daha təsirli fəaliyyət mexanizmlərin tətbiqi üzrə tövsiyələrin və təkliflərin hazırlanmasından ibarətdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – məqalədə baxılan mürəkkəb problemlər üzrə bazar iqtisadiyyatı və qlobal kontekstdən çıxış etməklə müasir yanaşmalar və baxışlar formalaşdırmışdır. Elmi-tədqiqat xidmətlərinin diversifikasiyalaşdırılmasında biznes proseslərinin təşkilinə strateji yanaşmaların təmin olunmasının vacibliyi əsaslandırılmışdır. Elm-tədqiqat xidmətlərinin strukturunun genişləndirilməsinin əhəmiyyəti və bununla bağlı olaraq biznes proseslərin işlək mexanizmlərin intensiv tətbiq olunmasının zəruriliyi bildirilimişdir. Elmi-tədqiqatlar nəticəsində əldə olunmuş əhəmiyyətli və perspektivli elmi-texniki və elmi-iqtisadi nəticələrin praktiki olaraq tətbiqinin səmərəli təşkili məsələlərinə strateji yanaşmaların göstərilməsi ön plana çəkilmişdir. Elmi-tədqiqat müəssisələrində biznes proseslərin səmərəliliyinin artırılması istiqamətləri üzrə əsaslandırılmış tövsiyələr hazırlanmış və təkliflər irəli sürülmüşdür.
Açar sözlər: elmi-tədqiqat xidmətləri, diversifikasiyalaşdırma, biznes prosesləri, biznes proseslərin səmərəliliyi, biznes-innovasiyalar, elmi-tədqiqat xidmətlərinin diversifikasiyalaşdırılması, tədqiqatın nəticələrinin biznesə tətbiqi.