AZƏRBAYCANDA PENSİYA TƏYİNATININ AVTOMATLAŞDIRILMASI MƏRHƏLƏLƏRİ

X Ü L A S Ə   

Tədqiqatın məqsədi - Azərbaycanda pensiya təyinatı prosesinin avtomatlaşdırılması sa-həsində həyata keçirilmiş islahatları və texnoloji yenilikləri araşdırmaq, bu prosesin inkişaf mərhələlərini təhlil etmək və avtomatlaşdırmanın pensiya sisteminin səmərəliliyinə, şəffaf-lığına və vətəndaş məmnuniyyətinə təsirini müəyyənləşdirməkdir. 

Tədqiqatın metodologiyası - tədqiqatın aparılması zamanı sistemli və analitik yanaşma əsasında müxtəlif elmi-tədqiqat metodlarından istifadə edilmişdir. DSMF, ƏƏSMN və digər aidiyyəti qurumların rəsmi sənədləri, hesabatları və statistik materialları araşdırılmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqat həm nəzəri, həm də praktiki baxımdan əhəmiy­yət daşıyır. Əmək pensiyalarının proqnozlaşdırılması və idarə olunmasında istifadə oluna bilə­cək modellərin hazırlanmasında bu tədqiqatın məlumat bazası kimi istifadə olunması mümkün­dür.

Tədqiqatın nəticələri - tədqiqat göstərdi ki, Azərbaycanda pensiya sisteminin avtomat­laş­­dırıl­ması mərhələlərlə həyata keçirilmiş, bu proses əsasən 2006-cı ildən etibarən sürətlən­miş­­dir. Əvvəlcə məlumatların elektronlaşdırılması, ardınca isə məlumat bazalarının inteqrasi­ya­sı və avtomatik təyinat mexanizmlərinin tətbiqi ilə nəticələnən sistemli yanaşma formalaş­mış­dır.

Tədqiqatın orjinallığı və elmi yeniliyi - tədqiqat Azərbaycanda pensiya təyinatı siste­minin avtomatlaşdırılması prosesini tarixi ardıcıllıqla, hüquqi, texnoloji və institusional as­pektlərlə birgə təhlil edən azsaylı elmi işlərdən biridir. Məsələ yalnız texniki baxımdan deyil, həm də sosial sığorta sisteminin inkişafı və vətəndaş məmnuniyyətinə təsiri prizmasından də­yər­lən­dirilmişdir.

Açar sözlər: Proaktiv təyinat, fərdi uçot, pensiya kalkulyatoru, sığorta-pensiya sistemi, vətəndaş məmnunluğu, sosial sığorta ödənişləri.

 

http://doi.org/10.59610/bbu3.2025.3.4

Fayl

PDF

Buraxılış

№3 - 2025

Müəllif

Süleymanov Elçin Bəhmən oğıu

Rəhimli Aysel Hüseyn qızı