PANDEMİYADAN SONRA ƏMƏK ŞƏRAİTİNDƏ UZAQDAN VƏ HİBRİD İŞ MODELLƏRİNİN TƏHLİLİ

X Ü L A S Ə

Tədqiqatın məqsədi - COVID-19 pandemiyasının təsiri ilə bərabər dəyişən əmək şəraitində uzaqdan və hibrid iş modellərinin əmək məhsuldarlığına, işçi məmnuniyyətinə təsirini araşdırmaqdır. 

Tədqiqatın metodologiyası kimi mövcud ədəbiyyatın təhlili və aktual təcrübələr əsasında analitik yanaşma seçilmişdir. Tədqiqatın tətbiqi əhəmiyyəti göstərir ki, müasir təşkilatlar dəyişən iş mühitində effektiv idarəetmə strategiyalarının formalaşdırılmasına dair tövsiyələr təqdim edir.

Tədqiqatın tətbiqi əhəmiyyəti -  pandemiyadan sonra formalaşan yeni əmək şəraitində təşkilatlara uyğun iş modelləri seçməkdə və əməkdaşların məhsuldarlığını, motivasiyasını qorumaqda yol göstərir. Eyni zamanda, insan resursları idarəçiliyində və hibrid iş mühitinin effektiv təşkili üçün praktiki tövsiyələr təqdim edərək idarəetmə qərarlarının elmi əsaslarla verilməsinə töhfə verir.

Tədqiqat nəticələri - uzaqdan və hibrid iş modelləri işçilərə çeviklik və məhsuldarlıq təqdim etsə də, şəxsi ünsiyyətin azalması sosial təcrid və motivasiya itkisinə səbəb ola bilər. Hibrid model isə bu mənfi təsirləri azaltmaqla yanaşı, əməkdaşlıq və müstəqillik tətbiq edərək balans yaratmış və  iş mühitinin keyfiyyətini yüksəltmişdir.

Tədqiqatın originallığı və elmi yeniliyi - pandemiya sonrası dövr üçün iş modellərinin təkcə texniki və inzibati cəhətləri deyil, eyni zamanda psixososial təsirləri də hərtərəfli təhlil olunmuşdur. Bu yanaşma mövcud elmi ədəbiyyata əlavə dəyər qatmaqla yanaşı, təşkilatlar üçün praktiki həll yolları da təqdim edir.

Açar sözlər: uzaqdan iş, hibrid iş modeli, əmək şəraiti,  əmək məhsuldarlığı,  işçi məmnuniyyəti.

http://doi.org/10.59610/bbu2.2025.2.16

Fayl

PDF

Buraxılış

№2 - 2025

Müəllif

Muxtarlı Elşən Valeh oğlu