X Ü L A S Ə
Tədqiqatın məqsədi - marketinq fəaliyyətinin metodoloji əsaslarının, marketinq alətlərinin təhlili və strukturlaşdırılmasıdır.
Tədqiqat metodologiyası - tədqiqatda sistem təhlili, müqayisəli təhlil, elmi ədəbiyyatın ümumiləşdirilməsindən istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - məqalənin nəticələri marketinq üzrə təhsil proqramlarında, eləcə də marketinq fəaliyyətinin idarə edilməsinə inteqrasiya olunmuş yanaşmaların tətbiqi zamanı biznes təcrübəsində istifadə oluna bilər.
Tədqiqat nəticələri - marketinqdə əsas metodoloji yanaşmalar müəyyən edilmiş və təsnif edilmiş, Azərbaycanda marketinq kompleksinin təkmilləşdirilməsi üçün sistemli həllər müəyyən edilmişdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - tədqiqatın yeniliyi rəqəmsallaşma, fərdiləşdirmə və davamlı inkişafda müasir tendensiyaları nəzərə alaraq mövzu ilə bağlı tövsiyələr verilmişdir.
Açar sözlər: marketinq fəaliyyəti, qlobal rəqabət, marketinq alətləri, metodoloji əsaslar.