Tədqiqatın məqsədi – müasir dövrdə brendinq fəaliyyətinin yeyinti sənayesində təkmilləşdirilməsinin tədqiqindən ibarətdir. Bundan əlavə, brendinq fəaliyyətinin yaxşılaşdırılmasına təsir edən amillər və xüsusiyyətlər təhlil edilmiş və sistemləşdirilmişdir. Müasir tendensiyalar şəraitində brendinq fəaliyyətinin yaxşılaşdırılması problemlərinə yanaşmalar müəyyənləşdirilmişdir.
Tədqiqatın metodologiyası - sistemli və kompleks təhlillərdən, müasir tendensiyalar şəraitində brendinq fəaliyyətinin yaxşılaşdırılmasının aktual problemləri və istiqamətləri üzrə metodoloji yanaşmalar və üsullardan, bu istiqamətlərdə olan yanaşmalarından ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatda verilmiş materiallardan və əldə olunmuş nəticələrdən müasir tendensiyalar şəraitində brendinq fəaliyyətinin yaxşılaşdırılmasının aktual problemləri və istiqamətləri üzrə kompleks tədbirlərin, dövlət proqramlarının, konsepsiya və strategiyaların hazırlanmasında istifadə oluna bilər.
Tədqiqatın nəticələri – müasir tendensiyalar şəraitində yeyinti sənayesində brendinq fəaliyyətinin yaxşılaşdırılmasının aktual problemləri və istiqamətləri üzrə konseptual yanaşmaların təmin edilməsi, tövsiyələr və təkliflərin hazırlanmasıdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – brendinq çox az sayda elmi tədqiqata mövzu olmuşdur, amma brendinq fəaliyyətinin təkmilləşdirilməsi hansısa elmi tədqiqata mövzu olmamışdır. Bu elmi tədqiqat işində nəzərdən keçirilən nüanslar əsasən brendinq işlərinin təkmilləşdirilməsi istiqamətlərindən və müəyyən strategiyalardan ibarətir. Bu tədqiqat işində baxılan nüanslar fundamental araşdırılmaqla, onların mahiyyəti açıqlanmışdır, əsas fikirlər və mülahizələr ölkənin yeyinti sənayesində olan müəssisələrin real təcrübəsinə və müəllif mövqeyinə söykənmişdir.
Açar sözlər: yeyinti sənayesi, brendinq, müştəri, istehsalçı, marketinq, müştəri seçimi.