Tədqiqatın məqsədi - Azərbaycanda qeyri-neft sənayesinin şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətləri ibarətdir. Bu məqsədlə, ölkəmizdə qeyri-neft sənayesinin şaxələndirilməsi perspektivləri açıqlanmış və ehtiyatlar araşdırılmışdır. Qeyri-neft sənayesinin inkişaf etdirilməsi potensialı yüksək olan fəaliyyət sahələrinin perspektivləri tədqiq olunmuşdur. Yerli xammallar hesabına qeyri-neft sənayesində rəqabətqabiliyyətli müəssisələrin təşkili problemlərinə toxunulmuşdur. Qeyri-neft sənayesinin ixrac potensialı təhlil olunmuş və onun artırılması perspektivlərinə toxunulmuşdur.Yüksək texnologiyalar əsaslı emal qurğularının istismara verilməsi hesabına ixracyönlü və rəqabətqabiliyyətli məhsulların istehsalının artırılmasının vacibliyi əsaslandırılmışdır.
Tədqiqatın metodologiyası - sistemli və müqayisəli təhlil, ölkədə qeyri-neft sənayesinin şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətləri üzrə problemlərdən yanaşmaqla, daha səmərəli və məhsuldar üslublardan, metodlardan, müxtəlif tədqiqatçıların yanaşmalarından ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - Tədqiqatda əldə edilmiş nəticələrdən və verilmiş təkliflərdən ölkəmizdə qeyri-neft sənayesinin şaxələndirilməsi və ixrac potensialının artırılması üzrə təsirli tədbirlərin görülməsində, dövlət proqramlarının və bu sənaye sahəsinin inkişaf strategiyasının hazırlanmasında istifadə olunmaq ehtimalı böyükdür.
Tədqiqatın nəticələri – yaxın perspektivdə Azərbaycanda qeyri-neft sənayesinin şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətləri üzrə tövsiyələrin verilməsi və təkliflərin hazırlanmasından ibarətdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – məqalədə baxılan problemlərə dair, xüsusilə daha səmərəli və məhsuldar, ixrac potensialı yüksək olan qeyri-neft sənayesi sahələrinin daha sürətli inkişafına mane olan problemlər və onların həlli istiqamətləri üzrə obyektiv yanaşmalar müəyyənləşdirilmişdir. Qeyri-neft sənayesi sahələrinin imkanlarından maksimum səmərəli istifadə edilməməsi ciddi elmi arqumentlərlə verilmişdir. Neft və qaz xammalları əsasında qeyri-neft sənayesinin inkişafının intensivləşdirilməsinin vacibliyi əsaslandırılmışdır. Neft və qaz xammalının emalı proseslərinə özəl sektor subyektlərinin və investorların daha fəal cəlb olunmasının səmərəliliyi açıqlanmışdır. Bir sıra qeyri-neft sənayesi sahələri üzrə yeni emal komplekslərinin tikilməsinin məqsədəmüvafiqliyi bildirilmişdir. Yaxın perspektivdə Azərbaycanda qeyri-neft sənayesinin şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətləri üzrə tövsiyələr hazırlanmış və təkliflər irəli sürülmüşdür.
Açar sözlər: qeyri-neft sektoru, qeyri-neft sənayesi, şaxələndirmə, ixrac potensialı, qeyri-neft sənayesinin inkişaf problemləri, qeyri-neft sənayesinin inkişaf perspektivləri, qeyri-neft sənayesinin inkişafının müasir aspektləri.