YAŞIL İQTİSADİYYAT ŞƏRAİTİNDƏ TURİZM FƏALİYYƏTİNİN TƏHLİLİ VƏ AUDİT QİYMƏTLƏNDİRİLMƏSİ

X Ü L A S Ə
Tədqiqatın məqsədi – dünya təsərrüfatı müstəvisində respublikada turizmin rekreasiyası potensialından və mövcud infrastrukturlarından səmərəli istifadə etmək istiqamətlərini əsaslandırmaq, milli xüsusiyyətləri nəzərə almaqla onun inkişafının təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr hazırlamaqdan ibarətdir.
Tədqiqatın metodologiyası – işdə təhlil, müqayisə, qruplaşdırma və analogiya metodlarından istifadə olunur. Tədqiqatda müəllif tərəfindən turizm fəaliyyətinin təşkili xüsusiyyətləri şərh edilməsi üçün istifadə olunan statistik göstəricilər sistemi və onların formalaşma mənbələri müqayisə edilərək dəqiqləşdirilmişdir. Eyni zamanda turizm fəaliyyətinin formalaşmasında və stimullaşdırılmasında statistik göstəricilər təhlil edilərək sistemləşdirilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, əldə edilmiş nəticələr və irəli sürülən təkliflər Azərbaycanda və onun regionlarında davamlı sosial-iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ölkədə məşğulluğun artması ilə bağlı tədbirlərin həyat keçirilməsində istifadə edilə bilər.
Tədqiqatın nəticələri – turizm fəaliyyətinin beynəlxalq mobilliyini əks etdirən statistik göstəricilər və onların formalaşma mənbələri, o cümlədən Azərbaycanda turizm axınını müəyyən etmək üçün istifadə edilən göstəricilərin istiqaməti müəyyən edilmişdir, bunun əsasında turizm fəaliyyətinin formalaşması, təşkili və stimullaşdırılması təhlil edilib, qiymətləndirilmişdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – turizm fəaliyyətinin dünya təcrübəsinə əsaslanaraq bütövlükdə cəmiyyətin müsbət meyilləri davamlı sosial inkişafı üçün və layihələrin işlənməsində istifadə oluna bilər. Məlumdur ki, turizm fəaliyyətinin inkişafı iş yerlərinin yaradılmasına, büdcə gəlirlərinin çoxaldılmasına, müxtəlif çeşidli xidmətlərin genişlənməsinə, yeni kadr hazırlığına və infrastrukturun inkişafına gətirib çıxaracaqdır.
Açar sözlər: turizmin inkişafı, turizmin fəallığı, turizm bazarı, turizm infrastrukturu, turizm məhsulları.

http://doi.org/10.59610/bbu1.2025.1.1

Fayl

PDF

Buraxılış

№1 - 2025

Müəllif

Hacıyev Fazil Şöhlət oğlu