Azərbaycanda strateji yol xəritəsi kontekstində aqrar-emal müəssisələrinin investisiya mexanizmlərinin gücləndirilməsi istiqamətləri

Tədqiqatın məqsədi – Azərbaycanda strateji yol xəritəsi kontekstində aqrar-emal müəssisələrinin investisiya mexanizmlərinin gücləndirilməsi istiqamətlərinin tədqiqindən ibarətdir. Bunun üçün aqrar emal müəssisələrinin fəaliyyət prinsipləri və onların investisiya me­xanizm­lərinin mahiyyəti açıqlanmışdır. Strateji yol xəritəsinin hədəflərinə uyğun olaraq aqrar-emal müəssisələrinin müasir dövrdə iqtisadiyyatda rolu tədqiq olunmuşdur. Ölkə əha­li­si­nin ərzaq təhlükəsizliyinin gücləndirilməsində aqrar-emal müəssisələrinin strateji əhəmiy­yə­ti əsaslandırılmışdır. Aqrar sahədə emal proseslərinin səmərəli təşkilində maliyyə təminatının və investisiya mexanizmlərinin gücləndirilməsinin əhəmiyyəti açıqlanmışdır. Aqrar-emal müəs­sisələrinin investisiya cəlbediciliyi problemləri verilmiş və həlli yollarının optimallığının vacib­liyi qeyd olunmuşdur. Qlobal maliyyə təlatümlərinin artdığı şəraitdə aqrar-emal müəs­si­sələrinin investisiya mexanizmlərinin gücləndirilməsinə strateji yanaşmalar sistemləşdirilmiş və ümumiləşdirilmişdir.

Tədqiqatın metodologiyası – məqalədə baxılan problemlərə sistemli və kompleks yanaş­­ma, strateji yol xəritəsi kontekstində aqrar-emal müəssisələrinin investisiya mexanizm­lə­rinin gücləndirilməsi və müasir dövrün tələbləri çərçivəsində təkmilləşdirilməsi  üzrə me­to­do­loji yanaşmalar və üsullardan ibarətdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – alınmış və elmi-iqtisadi baxımdan əsaslandırılmış nə­ti­cələrdən, müdəalardan aqrar-emal müəssisələrinin fəaliyyətinin səmərəliliyinin yük­səl­dil­mə­sində, onların məhsuldar fəaliyyət göstərmələri üçün zəruri investisiyaların daha in­tensiv cəlbedilməsində konseptual yanaşmaların, proqramların və tədbirlərin hazır­lan­masında isti­fa­də edilə bilər.

Tədqiqatın nəticələri – strateji yol xəritəsi kontekstində aqrar-emal müəssisələrinin investisiya mexanizmlərinin gücləndirilməsi və dünya təcrübəsinə uyğun olaraq daha təsirli mexanizmlərin hazırlanması üzrə tövsiyələr bildirilmiş və təkliflər verilmişdir. 

Tədqiqatın orijinallığı və elmi yeniliyi – məqalədə qarşıya qoyulmuş vəzifələrə və məqsədə uyğun şəkildə mövcud problemlər araşdırılmaqla, onlara müasir tələblər priz­ma­sın­dan baxışlar formalaşdırılmış və yanaşmalar müəyyənləşdirilmişdir. Aqrar-emal müəs­si­sə­lə­ri­nin investisiya mexanizmlərinin təkmilləşdirilməsi proseslərində sistemli yanaş­manın və prinsiplərin qorunmasının vacibliyi əsaslandırılmışdır. Ölkənin aqrar sektorunda fə­aliy­yət gös­tərən və yaradılması nəzərdə tutulan aqrar-emal müəssisələrinin maliyyə təmi­na­tının uzunmüddətli dövr üçün planlaşdırılmasında və proqnozlaşdırılmasında etibarlı inves­ti­si­ya kanal­larının roluna diqqət yönəldilmişdir. Xüsusilə, xarici investisiyaların cəlbi isti­qa­mə­tində əsaslandırılmış fəaliyyət strategiyasının hazırlanması və həyata keçirilməsinin vacibliyi bil­dirilmişdir. Qlobal iqtisadi və maliyyə, investisiya çağırışları şəraitində aqrar-emal müəs­si­sə­lərinin investisiya mexanizmlərinin gücləndirilməsi istiqamətləri müəyyənləşdirilmişdir.

Açar sözlər: aqrar sektor, aqrar-emal müəssisələri, strateji yol xəritəsi, investisiya mexanizmləri, investisiya cəlbediciliyi, aqrar-emal müəssisələrinin investisiya problemləri, aqrar-emal müəssisələrinin investisiya mexanizmlərinin gücləndirilməsi perspektivləri.

Fayl

PDF

Buraxılış

№4 - 2019

Müəllif

Ziyadov Faruq Həmzə oğlu