X ÜL A S Ə
Tədqiqatın məqsədi – aqrar-ərzaq bazarının xarakteri və xüsusiyyətləri nəzərə alınmaqla tənzimlənmə mexanizmlərinin təkmilləşdirilməsi imkanlarını müəyyən etmək.
Tədqiqatın metodologiyası – aqrar-ərzaq bazarının tənzimlənməsində normativ-hüquqi sənədlər əsasında ümumiləşdirmə, müqayisəli analiz, statistik analiz və sistemli yanaşma metodlarından istifadə olunmuşdur.
Tədqiqatın praktiki əhəmiyyəti – məqalədə irəli sürülən ideyalar və əldə olunan nəticələr aqrar-ərzaq bazarının tənzimlənməsi prosesində istifadə oluna bilər.
Tədqiqatın nəticələri – aqrar-ərzaq bazarının formalaşmasında kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin səmərəli təşkili, istehsal və istehlak arasındakı mövcud fərqlərin müəyyən edilməsi, dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi və qida təhlükəsizliyi sahəsində mövcud problemlərin həlli ilə bağlı təkliflər irəli sürülmüşdür.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – aqrar-ərzaq bazarının tənzimlənməsinin əsasını təşkil edən iqtisadi mexanizmlərin səmərəli istifadəsi, mövcud potensial imkanların müəyyən edilməsi, eləcə də aqrar-ərzaq məhsullarının istehsalı və istehlakının optimallaşdırılması ilə bağlı təkliflərdən ibarətdir.
Açar sözlər: aqrar-ərzaq bazarı, özünütəminetmə, qida təhlükəsizliyi, bazar mexanizmləri, xarici ticarət, dövlət tənzimlənməsi.