AZƏRBAYCAN RESPUBLİKASINDA SOSİAL TƏMİNATIN KONSEPTUAL MƏSƏLƏLƏRİ

Tədqiqatın məqsədi - Azərbaycan Respublikasında sosial müdafiənin təkmilləşdirilməsi istiqamətində sosial təminatın konseptual məsələlərinin müəyyənləşdirilməsinin elmi əsaslandırılmış həll mexanizmlərinin aşkar olunmasıdır.

Tədqiqatın metodologiyası – tədqiqat prosesi sahə üzrə idarəetmə səviyyəsində forma- laşmış beynəlxalq və yerli praktikanın müqayisəli elmi təhlili ilə həyata keçirilir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – məqalədə sosial müdafiə proqramlarının tətbiqinin ölkənin sosial müdafiə sisteminin inkişafına təsiri imkanları nəzərdən keçirilir. Nəticədə, bu məqalədə təqdim edilmiş təkliflər perspektivə hesablanmış qərarların verilməsi üçün istifadə edilə bilər.

Tədqiqatın nəticələri - Azərbaycanda sosial müdafiə sisteminin infrastrukturu ilə əlaqədar normativ bazanın və sosial müdafiə sisteminin prioritet istiqamətlərin hazırlanmasında istifadə edilə bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – milli sosial müdafiə modeli bazasında sosial təminatın elmi və idarəetmə istiqamətlərdə sistemləşdirilmiş yanaşmaların formalaşdırılmasıdır.

Açar sözlər: sosial müdafiə, sosial təminat, sosial rifah, sosial müdafiənin təkmilləşdirilməsi, büdcədənkənar fondlar, pensiya təminatı, sosial müavinətlər.

 

http://doi.org/10.59610/bbu3.2024.3.2

Fayl

PDF

Buraxılış

№3 - 2024

Müəllif

Əlirzayev Emin Əli oğlu