MÜLKİ AVİADAŞIMA XİDMƏTLƏRİNİN ONLAYN ÖDƏNİŞİNİN ÜSTÜNLÜKLƏRİ VƏ İNNOVASİYA FƏALİYYƏTİNİN İDARƏ OLUNMASININ İQTİSADİ SƏMƏRƏSİ

Tədqiqatın məqsədi – innovasiya fəaliyyətinin idarə olunmasının nəzəri-metodoloji as­pekt­lərini öyrənib ümumiləşdirmək və mülki aviasiya sistemində aviadaşıma xidmətlərinin onlayn ödə­nişinin elmi əsaslandırılmış təklif və tövsiyələrini işləyib hazırlamaqdan ibarətdir.

Tədqiqat metodologiyası - tədqiqat zamanı təhlil və sintez, elmi ədəbiyyatın ümumiləş­diril­məsi, nəzəri modelləşdirmə, müqayisə üsulları kimi ümumi nəzəri üsullardan istifadə edilmişdir. Bu məqalədə mülki aviasiya xidmətləri üçün onlayn ödənişin üstünlükləri və iqtisadi faydaları müzakirə olunur: əvvəlcə bu xidmətlər üçün onlayn ödəniş sistemlərinin icmalı təqdim olunur, daha sonra onların üstünlükləri və iqtisadi faydaları nəzərdən keçirilir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – onlayn ödənişlərdən istifadə ilə bağlı texnoloji inkişaf, müştəri təcrübəsi və aviaşirkətin iqtisadi fəaliyyəti kimi məsələlər ətraflı təhlil edilib. İşin praktiki əhəmiyyəti ondan ibarətdir ki, onun əsas müddəalarından, əldə edilmiş nəticələrdən, irəli sürül­müş təklif və tövsiyələrdən mülki aviasiyada, AZAL QSC tərəfindən innovasiya fəaliyyə­tinin təş­ki­lin­də, innovasiya layihələrinin qiymətləndirilməsi və seçilməsində, habelə mülki aviasiyanın da­ya­nıqlı inkişafının stimullaşdırılmasına dair məqsədli dövlət proqramlarının işlənib hazırlan­masın­da, hava yolu ilə daşımaların səmərəliliyinin artırılmasında istifadə edilə bilər. 

Tədqiqatın nəticələri - məqalədə aparılan təhlillər göstərdi ki, innovativ inkişaf təkcə kom­fortlu və sürətli təyyarələrin yeni modellərinin istismara verilməsi yolu ilə mülki aviasiyanın maddi-texniki bazasının möhkəmləndirilməsində deyil, həm də müasir hava gəmilərinin istifadə­sin­də özünü göstərir. Mülki aviasiya sahəsində innovasiyaların mühüm istiqaməti həm də mülki avia­siya şirkətlərinin müxtəlif xidmətlərindən istifadə edən müştərilərə bu xidmətlərin dəyərinin ödənil­məsinin yeni üsullarının tətbiqi prosesidir. Digər elektron sistemlərdə olduğu kimi, şübhəsiz ki, onlayn ödəniş sistemlərinin tətbiqi mülki aviasiya xidmətlərinin artmasına və səmərəliliyinə böyük töhfə verib.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - əksər ölkələrin iqtisadiyyatının dinamik inkişaf edən sahələrindən biri olan mülki aviasiya sektorunun təkmilləşdirilməsi üzrə tövsiyələrin işlənib ha­zır­lan­masındadır, çünki o, müasir beynəlxalq aviasiya sisteminin formalaşmasında mühüm rol oy­nayır. Hər il milyardlarla insanın müxtəlif istiqamətlərə səyahət etmək üçün xidmətlərindən isti­fadə etdiyi iqtisadiyyatın bu sektoru texnologiyanın inkişafı ilə getdikcə daha çox innovativ həl­lərə ehtiyac duyur.

Açar sözlər: mülki aviasiya, onlayn ödəniş, iqtisadi səmərə, blokçeyn, təhlükəsizlik, nəq­liy­yat.

https://doi.org/10.59610/bbu2.2024.2.12

Fayl

PDF

Buraxılış

№2 - 2024

Müəllif

Əhmədova Gülnarə Telman qızı

Məmmədov Rəşad Habil oğlu