QARABAĞ ƏRAZİSİNDƏ SƏNAYELƏŞMƏ STRUKTURUNUN FORMALAŞDIRILMASI İSTİQAMƏTLƏRİ

Tədqiqatın məqsədi – Qarabağ ərazisində sənaye sektorunun inkişafını tənzimləmək üçün strateji istiqamətlərə dair təkliflər hazırlamaqla məşğulluğun intensiv inkişafının tənzim-lənməsi istiqamətlərini müəyyən etməkdir.

Tədqiqatın metodologiyası – tədqiqat zamanı müşahidə, təhlil, müqayisə və digər statistik metodlardan istifadə edilmişdir.

Tədqiqatın nəticələri – Qarabağ ərazisində sənayenin inkişafını tənzimləmək, yeni iş imkanları yaratmaq və Azərbaycan iqtisadiyyatının inkişafına kömək edəcək strateji tədbirlərin və planların nəticəsini müəyyən etməkdir.

Tədqiqatın praktiki əhəmiyyəti – Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sənaye sektorunu inkişafı məqsədilə xarici investisiyaları cəlb etməklə, təbii ehtiyatların daha səmərəli istifadə edilməsi ilə əlaqəlidir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – xarici təcrübədən istifadə edərək regionda iqtisadi sektorunun davamlı fəaliyyətinin tənzimlənməsi və resurslarından səmərəli şəkildə istifadə edilməsi qanunauyğunluqlarının tədqiq edilməsindən ibarətdir.

Açar sözlər: sənayeləşmə, resurs, azad olunmuş ərazilər, quruculuq, hasilat, struktur, investisiya.

https://doi.org/10.59610/bbu4.2023.4.8

Fayl

PDF

Buraxılış

№4 - 2023

Müəllif

Paşazadə Rəvan Malik oğlu